Icma.az
close
up
RU
Şuşada gənclər arasında dava: tutulanlar var Təfərrüat

Şuşada gənclər arasında dava: tutulanlar var Təfərrüat

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şuşa şəhərində bir neçə gəncin arasında yaranan mübahisə dava ilə nəticələnib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Şuşa şəhərinin Qarabağ küçəsində baş verib.

Şuşa şəhər sakini, 2003-cü il təvəllüdlü Nihad və 2004-cü il təvəllüdlü Bakı şəhər sakini Riyad birlikdə Qəbələ rayon sakini Əmraha həmin küçədə inşa edilən yeni yaşayış massivinin içərisində bədən xəsarətləri yetiriblər.

Nihad və Riyadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şuşa şəhərindəki Yeni yaşayış massivində qardaşı Nicatla birlikdə yaşayır: “Dolanışığımızı təmin etmək üçün Şuşa şəhərində avtoyuma sexində yuyucu işləyirəm. Şuşada mühafizəçi işləyən Qəbələ rayon sakini Əmrahı təxminən hadisədən bir həftə əvvəl tanımışam”.

“Nalayiq ifadələr dediyini eşitdim”

Nihadın ifadəsinə görə, hadisə günü gecə saat 23 radələrində tanışı Riyadla birlikdə Qarabağ küçəsində xidmətdə olan Əmrahın yana gediblər: “Biz gələndə Əmrahın digər iş yoldaşı Ayxanın da orada olduğunu gördük. Bir yerdə söhbət zamanı dostum mənə pul göndərdiyinə görə bank kartı lazım oldu.

Əmrah üzərində bank kart olduğunu deyərək onu mənə verdi. Sonra pul göndərən dostuma zəng etmək üçün mobil telefonunu da verdi.

Əmrahın telefonunu götürərək pulu çıxarmaq üçün Riyadla marketin qarşısına getdik. Ayxan Əmrahın telefonuna səs atdı. Mən səsi açanda digər səs yazısı açıldı, Əmrahın mənimlə Riyadın ünvanına nalayiq ifadələr dediyini eşitdim”.

“Soruşdum ki, məni söymüsən?”

Nihad bildirib ki, Riyadla birlikdə Əmrahın yanına qayıdıb, onları niyə söydüyünü soruşub: “Əmrah “yaxşı eləmişəm” dedi. Əlimlə Əmrahın boğaz nahiyəsindən itələdim, nəyə görə məni söydüyünü soruşdum. Əmrah bu dəfə içkili olduğunu dedi, üzr istədi. Bundan sonra getdim.

Həmin gün axşam saat 21 radələrində yaşadığım evdə spirtli enerji içkisi qəbul etdikdən sonra həyətə düşəndə Riyadla qarşılaşdım və Əmrahdan nəyə görə məni söydüyünü aydınlaşdırmaq üçün getmək istədiyimi bildirdim. Riyad da mənimlə bərabər gəldi.

Qarabağ küçəsində eyni yerdə xidmət aparan Əmraha yaxınlaşaraq görüşdük. “Ötən gün deyirdin içkiliydim, bilməmişəm, söymüşəm, indi ayılmısan. Gəlmişəm soruşam ki, bəlkə səhv məndə olub deyə məni söymüsən?” dedim. Əmrah yenə də “üzrlü say” dedi. Onun sinəsindən geri itələdim, “yeri, çıx get” dedim. Bundan sonra Bakı şəhərinə getmək üçün yola çıxdım”.

Təqsirli bilinən şəxs ifadəsində göstərib ki, hadisənin baş verməsinə səbəb Əmrahın onun və Riyadın ünvanına telefon vasitəsilə nalayiq ifadələr işlətməsi olub. Onun sözlərinə görə, hər iki hadisə zamanı Əmrahı boğaz və sinə nahiyəsindən itələyib, Riyadın Əmirahı vurmağını görməyib.

“Aramızda narazılığımız olmayıb”

Digər təqsirli bilinən Riyadın sözlərinə görə, öz dolanışıqlarını təmin etmək məqsədilə 2024-cü ilin dekabr ayından Şuşa şəhərində MMC-də mühafizəçi işləyir: “Qəbələ rayon sakini Əmrahı həmin ilin oktyabrın ayından tanıyıram. Əmrah Şuşa şəhərində avtomobillərin yuyulma sexində yuyucu, MMC-də isə mühafizəçi işləyirdi. Münasibətlərimiz yaxşıydı, aramızda narazılığımız olmayıb”.

Riyad daha sonra ifadəsində hadisə barədə danışıb və bildirib ki, axşam vaxtlarında Nihadla birlikdə Xankəndi şəhərinə getmək üçün iş yoldaşı olan Ayxanın avtomobili ilə Xankəndi postuna tərəf gedib. Nihad yolüstü Şuşa şəhəri, Qarabağ küçəsində xidmətdə olan Əmrahla görüşmək istədiyini bildirib:

“Ayxana avtomobili Əmrahın xidmətdə olduğu əraziyə tərəf sürməyi xahiş etdim. Nihad Əmrahla ötən günü görüşərək söhbət edəndə onun içkili olduğunu, səhərisi gün söhbət etmək istədiyini dedi. Biz Əmrahın yanına gedəndən sonra Nihad onu kənara çəkdi, söhbət etdilər. Mən Ayxanla kənarda gözlədim.

Nihadla Əmrahın sözlə mübahisə etdiklərini eşitdik və onlara yaxınlaşdıq. Bundan sonra Nihadı aralaşdıraraq apardım. O, Xankəndi şəhərinə gedəcəyini deyərək məndən ayrıldı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əmrahın sözlərinə görə, Qəbələ rayonun Dandıq kəndində anası ilə birlikdə yaşayır: “2024-cü ilin avqust ayından Şuşa şəhərində mühafizəçi işləyirəm. Riyadı şauşada işə düzələndən sonra tanımışam. O da mənim kimi MMC-də mühafizəçi işləyir”.

“Üzr istəyirəm”

Əmrahın bildirdiyinə görə, hadisə günü saat 23 radələrində “Yuxarı Gövhərağa” məscidinin qarşı tərəfində yeni yaşayış massivində mühafizə xidmətində olarkən iş yoldaşı Riyad əvvəlcədən tanıdığı Nihadla birlikdə onun yanına gəliblər:

“Biz söhbət edən zaman Nihad dostunun pul göndərəcəyini, pulu çıxarmaq üçün kart lazım olduğunu dedi. Mən öz kartımı Nihada verdim. Bank kartının proqramı telefona yükləndiyindən mobil telefonumu da Nihada verməli oldum.

Riyad və Nihad pulu çıxarmaq üçün marketə tərəf getdilər, təxminən yarım saat sonra qayıtdılar. Mobil telefonumda ünvanlarına dediyim nalayiq sözlərə qulaq asdıqlarını bildirdilər. Mən konkret onların adını çəkmədiyimi, ümumi söydüyümü, bunun heç birinə aidiyyəti olmadığını və yaxşı eləyib söydüyümü bildirdim.

Mübahisə zamanı əvvəlcə Nihad əli ilə sifət nahiyəmdəniki dəfə, sonra isə Riyad əli ilə sağ sifət nahiyəmdən vurdu. Onlara “əgər sizə söydüyümü düşünürsüzsə, onda sizdən üzr istəyirəm” dedim. Bundan sonra Nihad və Riyad aralaşaraq gedən zaman iş yoldaşım Ayxan öz avtomobili ilə xidmətdə olduğum yerə gəldi.

Sifətimdə qızartı və şişkinlik olduğunu görərək səbəbini soruşdu. Olanları Ayxana danışdım. Aramızda anlaşılmazlığın aradan qalxdığını dedim. Nihad və Riyad da yaxınlaşaraq narazılığın aradan qalxdığını bildirdi. Hər ikisi Ayxandan onları apararaq düşürtməyi xahiş etdilər”.

“Polisə şikayət etdim”

Əmrah qeyd edib ki, növbəti gün saat 21 radələrində yenə də xidməti ərazidə olarkən Nihad və Riyad birlikdə Ayxanın avtomobilində onun yanına gəliblər: “Nihad maşından düşüb mənimlə işi oldğunu dedi və “Köhnə bazar” tərəfə çağırdı. Birlikdə söhbət edə-edə bazarın giriş qapısına tərəf gedəndə Nihad ünvanına söydüyümün səbəbini öyrənmək istədiyini dedi. Bu söhbəti əvvəlki gün bitirdiyimizi söylədim.

Nihad mənimlə yenidən mübahisə etməyə başladı. Yaxamdan tutan zaman Riyad da yanımıza gəldi və mənə “səninlə çörək kəsmişəm, ona görə səni vurmuram” dedi, Nihadın tərəfini saxladı.

Ayxan gəlib Nihadı aralaşdırdı. Bundan sonra Şuşa Rayon Polis Şöbəsinə döyülməm barədə ərizə ilə müraciət etdim”.

Bu işə Şuşa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə təqsirli bilinən şəxslərin hər biri 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri