Icma.az
close
up
RU
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri rəsmi Zirvə görüşü

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri rəsmi Zirvə görüşü

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

8 Noyabr – Zəfər Günü müstəqil dövlətimizin gücünü, xalqımızın birliyini və ordumuzun qəhrəmanlığını nümayiş etdirən əlamətdar tarixdir. Bu möhtəşəm Qələbə torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpası ilə nəticələnmiş, hər il fəxarət hissi ilə qeyd olunaraq gələcək nəsillərə qəhrəmanlıq nümunəsi kimi ötürülür. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın törətdiyi təxribatlara cavab olaraq başlayan “Dəmir yumruq” əməliyyatı ordumuzun koordinasiyalı fəaliyyətini və strateji hazırlığını ortaya qoymuşdur. 44 gün ərzində aparılan hərbi əməliyyatlar nəticəsində torpaqlarımız azad edilmiş, Azərbaycanın tarixi Qələbəsi təmin edilmişdir. Bu qələbə yalnız hərbi sahədə deyil, diplomatik və beynəlxalq müstəvidə də Azərbaycanın üstünlüyünü sübut etmiş, regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın tarixində qürur, iftixar və milli qürur hissi ilə xatırlanan ən əlamətdar günlərdən biridir. Bu tarix yüzillər boyu xalqımızın mənəvi varlığını, milli kimliyini və mədəni irsini özündə yaşadan Şuşanın azad edilməsi ilə əlaqədardır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan şanlı Qələbə xalqımızın birliyinin, iradəsinin və dövlətimizin hərbi-siyasi gücünün parlaq təzahürünə çevrilib. Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev vurğulamışdı ki, Şuşasız bu mübarizə yarımçıq qalacaq. Çünki Şuşa təkcə Qarabağın deyil, bütövlükdə milli ruhun, Azərbaycan mədəniyyətinin, poeziyasının və musiqisinin beşiyidir. Məhz bu mənəvi dəyərin daşıyıcısı olan şəhərin azad olunması uğrunda döyüşlər tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Qəhrəman əsgər və zabitlərimizin sıldırım qayaları dırmaşaraq, əlbəyaxa döyüşlərdə düşməni geri çəkilməyə məcbur etməsi Vətən sevgisinin, inamın və qətiyyətin təntənəsi oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbəri xalqımızda sonsuz sevinc və qürur hissi yaratdı, illərlə qəlbimizdə yaşatdığımız arzunu reallığa çevirdi.

Şuşanın azad olunması həm də türk və islam dünyasının mədəni həyatında yeni səhifə açdı. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı”, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında “İslam dünyasının mədəniyyət paytaxtı” kimi tanınması bu qədim şəhərin beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı. Bu qərarlar bir daha göstərdi ki, Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.

TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə toplantısından söhbət açan hüquq müdafiəçisi deyib ki, bu, türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi beynəlxalq münasibətlər sistemində formalaşaraq ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Böyük Zəfər Azərbaycanın gücünü, xalqın birliyini və ordunun qüdrətini bir daha nümayiş etdirdi. Bu ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu. Xalq-iqtidar-ordu birliyi ölkənin möhkəm və dayanıqlı inkişafını təmin edir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri