Icma.az
close
up
RU
Şuşanın simasında biz bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin ayağa qalxdığını görürük Millət vəkili

Şuşanın simasında biz bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin ayağa qalxdığını görürük Millət vəkili

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmiş 8 Noyabr Şuşa Şəhər Gününü və Şuşanın azad olunmasının beşinci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. 2020-ci ilin məhz bu günündə 44 günlük Vətən müharibəsinin həlledici anında Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri qəhrəman Ordumuzun misilsiz igidliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi ilə işğaldan azad edildi. Bu Qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi baxımdan da böyük dönüş nöqtəsi oldu".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Qarabağ Zəfərinə gedən yol hələ ötən əsrin 90-cı illərində Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz onun müəyyən etdiyi siyasi kurs, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulması, ordunun formalaşması və milli birliyin təmin olunması gələcək Zəfərin ideoloji və siyasi təməlini yaratdı. Ulu öndərin qoyduğu bu möhkəm təməlin üzərində Prezident İlham Əliyev dünyanın siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətini qurdu:

"Şuşanın azad olunması Azərbaycanın illərlə davam edən haqlı mövqeyinin, güclü dövlət iradəsinin və möhkəm siyasi liderliyin nəticəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, Zəfər bizimdir! Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və millətimizin səbirli, iradəli duruşu ilə mümkün oldu. Son 5 il ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Şuşa artıq həm tarixi kimliyi ilə, həm də müasir siması ilə yenidən doğulur. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə şəhərimiz “Türk Dünyasının mədəniyyət paytaxtı”, “İslam mədəniyyətinin paytaxtı” elan olundu, Beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildi. Bu gün Şuşa təkcə Azərbaycanın deyil, regionun dirçələn mədəniyyət mərkəzidir. Zəfərdən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın regionda formalaşdırdığı güc balansı və sülh təşəbbüsləri sübut edir ki, biz yalnız müharibədə deyil, quruculuqda da qalibik. Dövlətimizin bu siyasi iradəsi, xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz. Milli Məclisin deputatı və parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini kimi dəfələrlə işğaldan azad olunmuş ərazilərdə olmuşam. Yerində görürəm ki, bu torpaqlarda həyat necə yenidən dirçəlir, necə sürətlə quruculuq gedir. Şuşanın simasında biz bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin ayağa qalxdığını görürük.
8 Noyabr münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm! Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə can sağlığı arzulayıram".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri