Şüşədə şəkil, banın üstündə titul BDYPİ sürücülərə sərt mesaj göndərdi
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Son zamanlar bəzi sürücülərin nəqliyyat vasitələrinin şüşələrinə və ya banına gerb, stiker və müxtəlif simvolik təsvirlər yapışdırması geniş yayılıb. Bu isə bəzən nəqliyyat vasitəsinin görünüşünə mənfi təsir göstərməklə yanaşı, yol hərəkəti və təhlükəsizlik qaydaları baxımından da narahatlıq doğurur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, cəmiyyətdə haqlı narazılıq və ictimai qınağa səbəb olmasına baxmayaraq, hələ də avtomobillərinə lüzumsuz yazılar, fotolar və digər şəxsi simvollar yapışdıran sürücülərə rast gəlinir.
Qeyd olunub ki, bəzi sürücülər avtomobillərində mükafatlarını, şəxsi fotoşəkillərini və digər məlumatları nümayiş etdirməklə özlərini imtiyazlı hesab edir və nəticədə ciddi qayda pozuntularına yol verirlər. Bu cür hallar əhali arasında narazılıqla qarşılanır və haqlı şikayətlərə səbəb olur.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün yol hərəkəti iştirakçılarının bərabər hüquqlu olduğu və heç kimin xüsusi üstünlüyə malik olmadığı vurğulanıb.
İdarədən həmçinin bildirilib:
“Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin üzərində yazılan və ya yapışdırılan müxtəlif məzmunlu ibarələrin, şəkillərin, stikerlərin digər hərəkət iştirakçılarına emosional təsirinin yol hərəkəti təhlükəsizliyi baxımından yolverilməz olduğunu, sürücü intizamına mənfi təsir göstərdiyini bir daha avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır və belə hallara qarşı adekvat tədbirlərin görüləcəyini bildirir”.
Mina Mikayılova
Baxış sayı:65
Bu xəbər 14 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















