Icma.az
close
up
RU
Telefon üçün yer var, amma şüşədə yox Ekspert

Telefon üçün yer var, amma şüşədə yox Ekspert

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Sürücülərin ən böyük səhvi odur ki, baxış bucağını özləri məhdudlaşdırırlar”

Gedəcəyi ünvanın istiqamətini taksi sürücülərinə göstərən, yolu nişan verən sərnişin az deyil. Əksinə, belə hallara tez-tez rast gəlinir. Baxmayaraq ki, demək olar bütün taksi sürücüləri naviqatordan istifadə edir, yenə də ünvanların səhv salınması, yanlış istiqamətlərdə hərəkət halları müşahidə olunur. Bunun isə bir çox səbəbləri var.

Paytaxt artıq ötən əsrin Bakısı deyil. Şəhərdə hər yeri, hər ünvanı tanıyan “qədim” taksi sürücüləri də əvvəlki kimi çox deyil. Bakı xeyli böyüyüb, genişlənib, yeni massivlər və qəsəbələr salınıb. Gənc sürücülər isə çox vaxt şəhəri kifayət qədər tanımır, nə küçə adlarını bilir, nə də müxtəlif qurumların yerləşdiyi ünvanları. Onlar əsasən naviqasiyaya ümid edirlər və diqqətləri daha çox monitorda olur. Lakin bu da hər zaman kömək etmir.

Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, bütün ünvanlar elektron sistemlərdə qeydiyyata alınmayıb. Ümumiyyətlə, qeydiyyatdan kənarda qalan ərazilər və evlər də mövcuddur. Bu isə təkcə taksi sürücüləri üçün deyil, ümumilikdə avtomobil sahibləri üçün də ünvana çatmaqda çətinlik yaradır. Naviqator sistemi olmasa, vəziyyət daha da mürəkkəbləşər.

Məhz buna görə sürücülər avtomobillərin qabaq – alın şüşəsinə monitor quraşdırır, mobil telefonu isə tutacaqlarda yerləşdirirlər. Bu, həm də çağırışları qəbul etmək baxımından vacib sayılır. Yəni, müasir avtomobillər bəzən sanki elektron cihazlarla dolu “idarəetmə kabinetlərini” xatırladır – hara baxırsan, bir texniki vasitə var.

Lakin son vaxtlar avtomobillərin alın şüşəsinə müxtəlif qurğuların yerləşdirilməsinin qadağan ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Bunun nə dərəcədə real olduğu hələ məlum deyil. Amma belə müzakirələr varsa, gələcəkdə bu cür qərarın qəbul olunması istisna edilmir.

Avtosfer.az saytının məlumatına görə, Türkiyədə bir müddət əvvəl yeni qanun layihəsi təsdiqlənib. Bu qanuna əsasən, avtomobilə sonradan quraşdırılan monitorlar və telefon tutacaqlarının istifadəsi qadağan edilir. Qərarın məqsədi sürücünün diqqətinin yayındırılmasının qarşısını almaq və yol hərəkəti təhlükəsizliyini artırmaqdır. Qeyd olunur ki, hərəkət zamanı diqqətin yayınması yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Xüsusilə avtomobildə əlavə qurğuların quraşdırılması sürücünün diqqətini yoldan ayıra və qəza riskini artıra bilər.

Hazırda Azərbaycanda belə bir qadağa tətbiq olunmasa da, gələcəkdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə bu istiqamətdə müəyyən addımların atılması istisna edilmir.

Avtomobillərə quraşdırılan monitorlara qadağa qoyulmalıdırmı?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Sherg.az”a açıqlamasında bildirib ki, avtomobillərin alın şüşəsi ən həssas zonalardan biridir:

“Zavod istehsalı zamanı avtomobillərin ilkin layihələndirilməsi və ilk buraxılışı mərhələsində alın şüşələrinin istiqaməti, forması və dizaynı mütləq uyğunlaşdırılır və uyğunlaşdırılmalıdır. Alın şüşəsi olmadan avtomobilin idarə edilməsi çətinləşir. Çünki alın şüşəsinə edilən hər hansı müdaxilə məhdud görüntüyə səbəb olur. Sağ və sol künclərin, dönmə bucaqlarının, eləcə də yan güzgülərin baxış sahəsinin bağlanması qəza riskini artırır.

Amma avtomobilin oturacaq və ya sinə üzlüyü hissəsinə yerləşdirilən, əlavə olunan və ya yapışdırılan qurğular məhdud görünmə yaratmırsa, buna icazə verilə bilər. Əsas şərt odur ki, hər hansı əlavə vasitə görüntünü məhdudlaşdırmasın. Əks halda problem yaranacaq.

Telefonun yerləşdirilməsi üçün mütləq alın şüşəsinin seçilməsi vacib deyil. Avtomobildə bunun üçün kifayət qədər alternativ yerlər var. Avtomobil istehsalçıları gələcəkdə buna maraq göstərsələr, əlavə qurğular üçün qapılarda və ya avtomobilin aşağı hissəsində xüsusi yerlər ayıra bilərlər. Telefon və ya monitor mütləq alın şüşəsinə yapışdırılmalıdırmı?

Alın şüşəsində baxış bucağını məhdudlaşdıran və sürücünün diqqətini yayındıran hər hansı vasitə olmamalıdır. Bu, təhlükə riskini minimuma endirər. Təəssüf ki, qadağalara baxmayaraq, sürücülərin sükan arxasında mobil telefonla danışdığı hallar hələ də qalmaqdadır.

Baxmayaraq ki, əksəriyyət mobil telefonları tutacaqlara yerləşdirir və məsafədən istifadə edir, yenə də diqqət yayınır. Hətta ictimai nəqliyyat idarə edən bəzi sürücülər də sükan arxasında mobil telefonla danışır, nəsə izləyir və diqqətini yayındırır. Bir gerçəklik var ki, artıq mobil telefonsuz və monitorsuz hərəkət demək olar mümkünsüzdür. Amma əlavə qurğular üçün avtomobil salonunda daha uyğun və ən əsası, görüntünü məhdudlaşdırmayan yerlər seçmək mümkündür.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Aprel 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri