Icma.az
close
up
RU
Rusiya Serbiyaya qarşı aqressivləşir RƏY

Rusiya Serbiyaya qarşı aqressivləşir RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Moskva əvvəlcə NATO və Avropa İttifaqını, sonra isə ənənəvi müttəfiqlərini də “düşmən” kimi görməyə başlayıb


Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayandan sonra Rusiya özünə düşmən elan etdiyi ölkələrin sırasını durmadan artırır. Moskvada son zamanlara qədər “dost və qardaş dövlət” olan Serbiyaya qarşı mənfi təbliğat getdikcə güclənir. Xüsusilə də Prezident Aleksandr Vuçiç Kreml təbliğatçılarının “qara siyahısına” salınıb. 

Rusiyanın təbliğatçıları qeyd edirlər ki, Vuçiç Avropa İttifaqı və Almaniya ilə müqavilələr imzalayıb və Ukraynaya silah tədarükündə iştirak edib. Rusiya kəşfiyyatı iddia edir ki, Serbiya Ukraynaya çoxlu raket sistemləri və minaatan mərmiləri göndərib. Üstəlik, Serbiya Fransa ilə 2,7 milyard avro dəyərində “Rafale” qırıcılarının alınmasına dair müqavilə imzalayıb ki, bu da Belqradın Rusiyanın təsirindən uzaqlaşması kimi qiymətləndirilib. Kremlin əsas ideoloqu hesab edilən Aleksandr Duqin də Prezident Vuçiçi hədəf alıb. O deyib ki, bütün bunlara yol verən Serbiya Prezidenti artıq  “legitimliyini itirib”.  

 

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a  deyib ki, Rusiyanın son illərdə yürütdüyü xarici siyasət, xüsusilə Ukraynaya qarşı işğalçılıq müharibəsi fonunda getdikcə daha aqressiv xarakter alır. Ekspert vurğulayıb ki, Moskvanın "hamı düşməndir" yanaşması, əvvəlcə NATO və Avropa İttifaqı ölkələrini, daha sonra isə özünün ənənəvi müttəfiqləri hesab olunan dövlətləri də əhatə etməyə başlayıb:

 "Bu kontekstdə Serbiyanın da Kremlin təbliğat maşınının hədəfinə çevrilməsi təəccüblü deyil, lakin bu, daha böyük təhlükədən xəbər verir, digər ölkələrin də eyni aqibətlə üzləşmək ehtimalını artırır. Rusiyanın bu ölkə ilə kifayət qədər isti münasibətləri var idi. İstər qardaşlıq münasibətləri, istərsə də "Ortodoks ittifaqı" çərçivəsində sıx əməkdaşlıq mühiti qurulmuşdu. Enerji sahəsində yüksək əməkdaşlıq diplomatik müstəvidə də özünü göstərirdi. Lakin Rusiyanın son zamanlar Serbiyanın daxili işlərinə müdaxilə etməsi, Belqradı özündən asılı hala salmağa çalışması Prezident Vuçiçin Avropa İttifaqı ilə daha çox yaxınlaşmasına səbəb oldu. Buna paralel şəkildə Serbiya hərbi sahədə də Qərb dünyası ilə sıx əməkdaşlıq edir. Fransa ilə “Rafale” döyüş təyyarələrinin alınmasına dair müqavilə Serbiyanın Rusiya silah sənayesindən uzaqlaşdığını və NATO standartlarına yaxınlaşmaq istədiyini göstərir". 


Z.Əmrəliyev əlavə edib ki, Rusiya tərəfi isə suveren ölkə olan Serbiyanın bu addımını qəbul etmək istəmir və bunu özünə xəyanət hesab edir:

 "Kremlin təbliğat maşını Prezident Aleksandr Vuçiçi Qərbin adamı kimi qələmə verməklə ona qarşı olan müxalifətə də dəstək çağırışları edir. Bu isə rəsmi Belqradın Moskvadan daha da uzaqlaşmasına səbəb olur.  Rusiyanın bu siyasəti özünün getdikcə tək qalmasına səbəb olur. Tərəfdaşları artıq Moskvanın sərt və hikkəli siyasətindən cana doyublar və bu müttəfiqliyi davam etdirməkdə maraqlı deyillər".   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri