Şüvəlanda torpağın altından görün nə tapıldı? FOTO
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı torpağa basdırılaraq gizlədilmiş avtomat silah aşkarlanıb.
Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməzdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdıraraq gizlətdiyi silah müəyyən olunub. Marqarita pizza
Əməliyyat zamanı həmin ərazidən 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:103
Bu xəbər 02 Oktyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















