Icma.az
close
up
RU
Suverenlik Günü gələcəyin yol xəritəsidir

Suverenlik Günü gələcəyin yol xəritəsidir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycanın suverenliyi xalqımızın əbədi zəfəridir

20 sentyabr Azərbaycanın Dövlət Suverenliyi Günüdür

Elə tarixi günlər, elə tarixi anlar var ki, onlar sadəcə təqvimin bir tarixi deyil, həm də milli qürurun, mübarizənin, əzmkarlığın və böyük zəfərin təntənəsidir. Elə tarixlər var ki, qürurun, özünəinamın və gələcək üçün işıqlı yolun tarixidir. Azərbaycanın Dövlət Suverenliyi Günü məhz bu qəbildən olan tarixdir. Xalqımızın yüzillərlə çəkildiyi sınaqların, 30 ildən artıq davam edən mübarizənin, işğal və ədalətsizliklərə qarşı savaşın ən ali nəticəsi kimi məhz Suverenlik Günümüz həyat təqvimimizə qızıl hərflərlə yazılıb.

Suverenlik - yalnız siyasi anlayış deyil, həm də milli şüurun ən yüksək zirvəsi, xalqın varlığının, dövlətin bütövlüyünün və müstəqilliyinin rəmzi, təsdiqidir. Azərbaycan xalqı üçün son otuz il ərzində bütün məqsədlərin, arzuların və hədəflərin mərkəzində məhz suverenliyin tam bərpası dayanmışdı. Bütün iqtisadi proqramlar, siyasi islahatlar, beynəlxalq əməkdaşlıqlar və hərbi modernləşmə addımları bu müqəddəs amala xidmət edirdi.

Uzaqgörən, fədakar, milli mənafenin daşıyıcısı olan LİDER, xalqın iradəsi, milli birlik və milli hədəf güclü dövlətin əsas formuludur. Bu tandem özünün məntiqi nəticəsini gec-tez ortaya qoyur: iradə ilə məqsəd birləşəndə, gec-tez hədəflənən amal reallığa çevrilir. 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin antiterror tədbirləri birmənalı şəkildə xalqımızın illərlə yetişdirdiyi gücün, möhkəm birliyinin və müdrik liderliyin nəticəsi idi. Bu gün suverenlik yalnız bir siyasi termin deyil, həm də xalqımızın yenilməzliyinin və dövlətimizin əbədi varlığının simvoludur.

Tarixi prioritet: milli iradə, qətiyyət və birliyin gücü

Bəli, suverenlik dövlətin ən ali dəyəridir. Suverenlik yalnız bayrağın dalğalanması və sərhədlərin müəyyənləşməsi ilə məhdudlaşmır. Suverenlik xalqın iradəsinin, dövlətin azad qərar qəbuletmə haqqının, milli sərvətlərin sahibinin məhz Azərbaycan xalqı olduğunun təsdiqidir. Vurğulandığı kimi, müstəqilliyin ilk illərindən etibarən ölkəmizin bütün siyasi və iqtisadi proseslərinin hədəfi bu ali anlayışın möhkəmlənməsi idi. 30 il ərzində dövlətimiz qarşısında duran əsas vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, separatizmin kökünün kəsilməsi vəzifələri idi. Bu istiqamətdə hər addımımız planlı şəkildə atılırdı: iqtisadi gücün formalaşdırılması, modern ordunun qurulması, beynəlxalq müstəvidə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması. Bütün bu fəaliyyət bir hədəfə - suverenliyin bərpasına istiqamətlənmişdi.

Suverenliyə doğru: addım-addım qazanılan zəfər

Azərbaycan dövləti çox mürəkkəb bir coğrafiyada yerləşir. Bu səbəbdən də həm daxili gücün möhkəmlənməsi, həm də beynəlxalq arenada balanslaşdırılmış siyasət aparmaq xüsusi əhəmiyyət daşıyır. Zəfərə doğru hədəflənən yol məhz addım-addım atılırdı. Bu addım-addım atılan yolda da qələbələr, zəfərlər elə addım-addım qazanılırdı:

- İqtisadi inkişaf: düzgün müəyyənləşdirilmiş iqtisadi kurs, dövlətin gücünün və qüdrətinin formalaşmasında əsas atributlardan olan uğurlu neft strategiyası, enerji layihələri, qeyri-neft sektorunun genişlənməsi qısa zamanda Azərbaycanı regionun aparıcı iqtisadi gücünə çevirdi. Bu güc dövlətimizin siyasi müstəqilliyinin dayağı oldu.

- Hərbi qüdrətin artırılması: müasir silahlarla təchiz olunan, peşəkar zabit və əsgər heyətinə malik ordu quruldu. Uzun illər dövlət büdcəsinin əhəmiyyətli hissəsi məhz təhlükəsizlik və müdafiə xərclərinə ayrıldı. Dövlətimiz orduda peşəkarlıqla müasirliyin, yeniliklərlə milli vətənpərliyin, güc və qüdrətlə dönməzliyin vəhdətini yaratdı. Ortaya qoyulan performans isə möhtəşəm idi - dünyanın hərb tarixi hələ də Şuşanın işğaldan azad olunması əməliyyatının qeyri-adiliyindən, fövqəladə hadisə olmasından danışır.

- Diplomatik uğurlar: Azərbaycan qısa müddətdə beynəlxalq arenada səmimi tərəfdaş, etibarlı əməkdaş kimi qəbul edildi. Mədəniyyətlərarası dialoqda, qlobal təhlükəsizlik təşəbbüslərində iştirak etməklə ölkəmiz sivilizasiyalararası ünsiyyətin öncüllərindən birinə çevrildi. Qlobal pandemiya ilə mübarizədə, sülh və təhlükəsizlik istiqamətində birmənalı mövqeyində Azərbaycan hər kəs üçün nümunəyə çevrildi.

- Beynəlxalq nüfuz: Azərbaycanın haqq səsi, ədalətli mövqeyi BMT-də, Qoşulmama Hərəkatında və digər qurumlarda dəfələrlə dəstəkləndi. BMT TŞ-nın sədri qismində, Qoşulmama Hərəkatının lideri kimi, Türk dövlətləri birliklərinin öncüllərindən biri olmaqla Bakı regional proseslərin tənzimlənməsində əhəmiyyətli rol oynadı. Sabitləşdirici faktor kimi qlobal konfranstasiyaların həlli üçün vasitəçi platformaya çevrildi. Paralel olaraq dostlarının və tərəfdaşlarının əhatəsini genişləndirdi. Nəticə etiarı ilə, 2020-ci il Vətən müharibəsi dövründə 1992-ci ildən fərqli olaraq Bakı qlobal dünya tərəfindən dəstəkləndi.

Beləliklə, bu proqramlı, davamlı siyasi fəaliyyət nəticəsində Azərbaycan dünya xəritəsində təkcə coğrafi mövqeyi ilə deyil, həm də güclü siyasi iradəsi və prinsipial xarakteri ilə tanındı.

Vətən müharibəsi: gücün real nəticəyə çevrilməsi...

Azərbaycanın müasir dövlətçilik tarixinin ən mühüm, ən şərəfli təqvim günlərindən biri - 2020-ci ilin sentyabrı. 44 gün davam edən Vətən müharibəsi bir neçə istiqamətdə uğurla davam etdirildi. Əldə olunan qələbə isə yalnız hərb meydanında qazanılmadı. İnformasiya meydanında, beynəlxalq müstəvidə, qlobal mühitdə - bütün spektrlər üzrə qazanılan bu qələbə illərlə davam edən ədalətsizliyə son qoyulmasına, beynəlxalq hüququn bərpasına, xalqın qürurunun dirçəldilməsinə aparan yolun başlanğıcına çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu müasir hərbi strategiya, güclü texnologiyalar və xalqın sarsılmaz dəstəyi ilə işğalçı Ermənistanı diz çökdürdü. Şuşanın azad olunması - həm hərbi, həm də mənəvi qələbə idi. Bu, Azərbaycanın suverenliyə doğru ən böyük addımı idi. Vətən müharibəsi göstərdi ki, dövlətimizin iqtisadi, siyasi və diplomatik zəmin üzərində qurduğu güc real nəticəyə çevrilib.

2023-cü il antiterror tədbirləri: Azərbaycan tarixinin yeni mərhələsi...

Azərbaycanın suverenliyi uğrunda mübarizə Vətən müharibəsi ilə bitmədi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri dövlətimizin ərazi bütövlüyünü tam bərpa etdi. 2023-cü il antiterror tədbirləri 35 il davam etmiş ədalətsizliyi, işğalı və haqsızlığı aradan qaldırdı. 1988-ci ildən erməni separatizminin qurbanına çevrilmiş Xankəndi şəhəri, 1992-ci ilin qanlı 26 fevralında zülmə və soyqırımına uğrayan Xocalı, o cümlədən Ağdərə, Xocavənd və başqa ərazilərimiz separatizmin cəngindən xilas edildi. 23 saat davam etmiş antiterror tədbirləri 35 illik Xankəndi həsrətinə son qoydu - suverenliyimiz bərpa edildi!

Azərbaycan dövləti məhz bu gündə  - 2023-cü ilin 19-20 sentyabrında özünün ali missiyasını tamamladı. 1991-ci ildən yol alan müstəqilliyimiz özünün əsl məzmununu qazandı. Suverenliyimizin bərpasına uzanan yol keşməkeşli oldu. Bu tədbirlər:

- Beynəlxalq hüquqa əsaslanan mövqeyimizin icrası idi;

- Azərbaycanın qətiyyətini və sarsılmaz iradəsini bir daha nümayiş etdirdi;

- Torpaqlarımız üzərində tam suverenliyi təmin etdi;

- Regionda sülh və təhlükəsizliyin təmin olunması yolunda ən mühüm addım oldu.

Bu əməliyyatla separatizm birdəfəlik aradan qaldırıldı. Azərbaycan tarixinin yeni mərhələsi suverenlik və bütövlük dövrü başlandı. 20 sentyabr TARİX oldu - Prezident İlham Əliyevin bu günün əbədiləşdirilməsi ilə bağlı müvafiq sərəncamında deyilir: “Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Suverenlik Günü: şərəf tariximizin məhək daşı...

Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü rəsmiləşdi - Azərbaycanın dövlət suverenliyini bərpa edən Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı sərəncamı ilə 20 noyabr Suverenlik Günü kimi şanlı tariximizdə yer alacaq.

Tarixi qanunuyğunluq yaşanır: 23 saata bərpa edilmiş suverenliyimizin tarixi mahiyyəti 100 illərlə xatırlanacaq, yaşayacaq və unudulmayacaq. İmzalanan sərəncamdan sitat: “Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir”.

Milli yaddaşımızın ən qanlı parçalarından olan Qarabağın işğal dövrü məhz bu sərəncamın mahiyyəti ilə xarakterizə olunur, tarixə həkk edilir. Tarix unudulmur - amma heç bir ədavət və ya düşmənlik əbədi davam etmir. Bu günün təsis edilməsi, bu sərəncamın imzalanması Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, son 30 ildən artıq tariximizdə çəkilən əziyyətlərin, yaşanan məşəqqətlərin, məhrumiyyətlərin, uğradığımız beynəlxalq ədalətsizliyin və nəhayət xalqımızın qətiyyətinin, müstəqilliyimizin dönməzliyi uğrunda aparılan mübarizənin imzalanan rəsmidir. Prezident İlham Əliyev şərəf tariximizin ən vacib, hətta müstəqilliyimizə  tən olan məqamını yaddaşımızın məhək daşına çevirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci il ölkəmizdə Konstitusiya və Suverenlik İli elan olundu. Bu qərar yalnız tarixi bir hadisənin rəsmiləşdirilməsi deyil, həm də milli həmrəyliyin gücləndirilməsi, xalqın milli hədəflərinin bir daha bəyan olunmasıdır. Bu addım xalqın dövlətinə olan bağlılığını, qələbə ruhunu və gələcəyə inamını möhkəmləndirir. Bu gün Azərbaycanın siyasi və mənəvi həyatında əbədi iz buraxacaq bir hadisəyə çevrildi.

Suverenlikdən doğan nəticə: yeni regional münasibətlər sistemi, sülh və inkişaf...

Suverenliyin bərpası təkcə Azərbaycanın qələbəsi deyil, həm də bölgədə yeni münasibətlər sisteminin yaranması deməkdir. Artıq separatizm yoxdur, müharibə riski aradan qalxıb. Azərbaycan bölgədə sabitliyin əsas təminatçısına çevrilib. Bu, həm iqtisadi əməkdaşlıq, həm də sülh proseslərinin sürətlənməsi üçün geniş imkanlar açır. Sülh prosesinin irəliləməsi bölgədə yaranan yeni reallıqların rəsmidir - 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan üçtərəfli görüş isə Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq təsdiqidir. Bu görüş bir daha göstərdi ki, dünya birliyi Azərbaycanın suverenliyini və bölgədəki aparıcı rolunu qəbul edir. Azərbaycanın sülhə, əməkdaşlığa və inkişaf gündəminə verdiyi töhfələr qlobal aləmdə dəstəklənir.

Azərbaycanın dövlət suverenliyi xalqımızın əsrlərlə çəkdiyi mübarizənin ən ali bəhrəsidir. Bu gün biz yalnız müstəqil dövlət olaraq yox, həm də tam suveren dövlət olaraq yaşayırıq. Bu yol asan olmadı - amma qətiyyət, milli birlik və müdrik siyasət sayəsində xalqımız öz müqəddəratını öz əlinə aldı. Suverenlik Günü sadəcə tarix deyil, həm də gələcəyin yol xəritəsidir. Azərbaycan bu gün regionun lideri, sülhün təminatçısı, beynəlxalq əməkdaşlığın nümunəsidir. Dövlətimizin suverenliyi xalqımızın əbədi zəfəridir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri