Icma.az
close
up
RU
Suverenliyin komponentləri İş adamı milli olanda təkcə pul qazanmaq haqqında düşünmür

Suverenliyin komponentləri İş adamı milli olanda təkcə pul qazanmaq haqqında düşünmür

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Dövlət Suverenliyi Günü, bəlkə də, tariximizin son 200-300 ilinin ən önəmli günlərindən biridir. Çünki ermənilərin bu coğrafiyaya, bu torpağa yerləşdirilməsi məqsədyönlü xarakter daşıyıb və əslində, Azərbaycan torpaqlarının bir hissəsinin qəsb edilməsi və orada erməni dövlətinin yaradılması prosesi, daha sonra isə Azərbaycan Respublikasının ərazisində separatizm hərəkatının başlanması da bu köç nəticəsində baş verib".

Bunu Oxu.Az-a müsahibəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.

Müsahibəni təqdim edirik:

- Elçin müəllim, ölkə başçısının 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu günün Azərbaycan tarixi üçün əhəmiyyəti nədən ibarətdir?

- Suverenlik, əslində, 300 il ərzində Cənubi Qafqazda Azərbaycana və türk dünyasına qarşı cızılmış bir layihənin sonunun çatması anlamına gəlir. Təbii ki, hüquqi müstəvidə suverenlik bir dövlətin öz ərazisi üzərində tam hakimiyyətə malik olması və milli iradənin ifadəsi kimi qəbul olunur, amma məsələnin tarixilik nöqteyi-nəzərindən əhəmiyyəti dəfələrlə artıqdır.

Biz ərazilərimiz üzərində tam suveren hüquqlarımızı bərpa etməklə yanaşı, tarixi ədaləti bərqərar etmişik, paralel olaraq da gələcək nəsilləri yeni bəlalardan xilas etmişik ki, bu həm çox əhəmiyyətli bir hadisə, həm də çox böyük nəticədir.

- Suverenliyin mahiyyətini necə başa düşmək lazımdır?

- Hüquqi aspektdən məsələyə qismən yanaşdım, amma ümumən, təbii ki, milli iradəni ifadə edən komponentlər var. Yəni bir dövlətin formalaşması xalqın iradəsi nəticəsində öz müqəddəratını təyinetmə prosesinin tərkib hissəsidir və təbii ki, burada əsas komponentlər də dövlətin, yaradılmış dövlət təsisatları institutlarının bütün ərazilər üzərində bərabərhüquqlu şəkildə idarəetməsinin həyata keçirilməsidir. Əgər dövlətin ərazisinin bir hissəsi işğal altındadırsa və yaxud nəzarətdən kənardadırsa, bu, faktiki olaraq suverenliyin tam şəkildə bərqərar olması anlamına gəlmir. Yəni dövlət müstəqil ola bilər. Amma əgər dövlət suveren deyilsə, bu aspektdən ya asılı vəziyyətdədir, deməli, müstəqilliyi simvolik, şərti xarakter daşıyır, ya protektoratdır, ya nəticə etibarilə aralıq dövrü üçün bu və ya digər şəkildə idarəçiliyə verilib və sair - bu komponentlərin sayı çoxdur.

Suverenlik müstəqilliyin əsas atributudur. Əgər sən müstəqil dövlətsənsə, öz ərazin üzərində ölkə konstitusiyasının bütün normalarının tətbiqinə nail olmalısan. Bu isə dövlətin tam şəkildə müstəqil olması və milli iradənin özünü ifadə etməsi deməkdir.

- Biz xalq olaraq çox böyük və tarixi bir qələbə qazanmaqla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olduq. Sizcə, suveren dövlət olmaq Azərbaycan üçün hansı yeni imkanları yaratdı?

- Şübhəsiz ki, bu məsələdə yenə də yerdə qalan zaman kəsiyinə ekskursiya etməliyik. Məsələ bundan ibarətdir ki, Azərbaycan ərazilərinin işğal altında olması təkcə suverenliyimizi məhdudlaşdırmırdı. Bu, həm də bizim xarici siyasətimizdə əllərimizə buxov bağlayırdı. Dövlət bütün resurslarını torpaqlarımızın işğaldan azad edilmə prosesinə yönəltmişdi. Nəticə etibarilə bu proses təkcə Azərbaycan ərazilərində ordumuzun möhkəmləndirilməsi, müasir hərbi texnika, silah-sursatla təmin edilməsi, döyüş qabiliyyətinin artırılması kontekstində özünü büruzə vermirdi, eyni zamanda, diplomatik, informasiya və digər müstəvilərdə də ölkəmizin bütün resurslarının oraya yönəldilməsinə zəmin yaradırdı və bütün bunlar məcburiyyətdən doğan addımlar idi. Çünki biz istər-istəməz işğalı rəsmiləşdirməyə, legitimləşdirməyə çalışan qüvvələrə qarşı həm milli müqaviməti təşkil etməli, həm də beynəlxalq müstəvidə tərəfdaşlarımızın sayının artırılması istiqamətində addımlar atmalı idik.

Əgər biz bunu beynəlxalq birlik anlayışının bütün komponentləri ilə ortaya qoysaq, prosesin nə qədər mürəkkəb və çətin olduğunu müəyyənləşdirə bilərik. Biz suverenliyimizi bərpa etməklə, ilk növbədə, həmin buxovlardan azad olduq və xarici qüvvələrin Azərbaycanla Ermənistan arasındakı münaqişədən və işğal faktından istifadə edərək ölkəmizə qarşı təzyiq imkanlarını minimuma endirdik.

Əgər Azərbaycanın 2020-ci ilə qədər olan diplomatik fəaliyyətinə, atdığı addımlara və 2020-ci ildən sonrakı addımlarına baxsaq, nə qədər böyük uğur qazanıldığını aydın görə bilərik. Əlbəttə ki, mən bunu əmək, zəhmət, intellekt baxımından müqayisə etmək istəməzdim. Şübhəsiz ki, elə həmin dövrdə də eyni iti zəka, eyni zəhmət və eyni çeviklik nümayiş olunurdu, amma yaranan imkanlar indiki çərçivədə deyildi.

Azərbaycan bu gün ən müxtəlif müstəvilərdə, beynəlxalq təşkilatlarda önəmli söz sahiblərindən birinə çevrilib. Yəni 2020-ci ilə qədər bizim əsas istinad mənbəyimiz Qoşulmama Hərəkatı, Avropa təsisatları və s. idisə, bu gün Azərbaycan faktiki olaraq dünyanın bütün bölgələrinə açılıb. Ölkə diplomatiyasının Afrikadan başlayaraq Cənubi Amerikaya qədər bütün istiqamətlərdə fəaliyyətini açıq şəkildə görə bilirik.

Eyni zamanda, cənab Prezidentin son olaraq Vaşinqtonda keçirdiyi görüş və orada imzalanan sənədləri, Azərbaycana verilən yüksək önəmi, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində və daha öncə keçirilən görüşləri, ölkəmizin müxtəlif istiqamətlərdə, o cümlədən Türk Dövlətləri Təşkilatının genişləndirilməsi istiqamətində göstərdiyi səyləri və əldə etdiyi nəticələri müqayisə edərək nə qədər irəliyə doğru addımladığımızı görə bilərik. Bütün bunlar Azərbaycanın zəfəri nəticəsində baş tutan addımlardır. Zəfərimiz milli qürurumuzu yüksəldib, dövlətimizin daha müstəqil siyasət yürütməsinə zəmin yaradıb, bizə edilən xarici təsirləri minimuma endirib. Artıq Azərbaycana qarşı hansısa faktordan, o cümlədən separatizm amilindən istifadə edilən təzyiq mexanizmləri, faktiki olaraq, yox dərəcəsindədir. Nəticə etibarilə biz bu gün işğaldan azad edilmiş ərazilərimizdə nəhəng tikinti meydançası yaradıldığının şahidi oluruq - infrastruktur layihələri, görülən işlər, atılan addımlar və s. Torpaqlarımız işğal altında olduğu müddətdə bütün bu proseslərin həyata keçirilməsi, əlbəttə, çox çətin olardı.

- Suverenliyin əldə olunması və qorunması yolunda dövlət əlindən gələni edir. Necə düşünürsünüz, bu məsələdə vətəndaş cəmiyyətinin rolu nədən ibarət olmalıdır?

- Hər bir vətəndaş birinci növbədə suverenlik anlayışının nə olduğunu dərk etməlidir. Doğrudur, toplum olaraq biz əldə etdiyimiz nəticənin fərqində olsaq da, bəzi məqamlar var ki, orada boşluqlar gözə çarpır.

Məsələn, son dövrlərdə sosial şəbəkələrdə aparılan müzakirələr, milli birliyimizə, bütövlüyümüzə xidmət etməyən bəzi fəsad doğuracaq fikirlərin səsləndirilməsi nəticə etibarilə narahatedici məqamlardandır.

Bilirsinizmi, bir qayda olaraq, toplumun aparıcı qüvvəsi olur. Bu da vətəndaş cəmiyyətinin aktiv şəxsləri, bizim ziyalı adlandırdığımız insanlar, ictimai rəyə təsir göstərməyi bacaran və ən əsası, əxlaqlı təsir göstərməyi bacaran insanlar, əslində, bu prosesin içərisində fəal şəkildə yer almalıdırlar.

Çünki suverenliyin birinci komponenti onun dərk edilməsidir. Biz bütün bu illər ərzində əldə etdiyimiz nəticənin nə qədər böyük olduğunun fərqinə varmalıyıq. Bu, sadəcə olaraq, xaotik şəkildə hansısa bayramdan-bayrama olan bir proses olmalı deyil, nəticə etibarilə daha uzunmüddətli, davamlı olmalıdır. Gələcək nəsillərə indikindən daha güclü və qüdrətli bir Azərbaycan miras qoymaq üçün fədakarlığımızı əsirgəməməliyik.

Baxın, insan dünyaya gəlir, çalışır, həyatını qurur, ailə başçısı olur və övladları doğulur, onları böyüdür. Amma həyatın fəlsəfəsi təkcə bundan ibarət deyil axı. Hər insanın həyatının məzmunu nədənsə ibarət olmalıdır.

Bizim dövrün insanlarının əhəmiyyətli hissəsinin - hansılar ki, siyasi proseslərə məhz Qarabağın azadlığı üçün qoşulmuşdular və hərə öz sahəsində bacardığı qədər məhz bu yolda mübarizə aparırdı - həyatının məzmunu və fəlsəfəsi, bütövlükdə Azərbaycanın suverenliyinin tam bərpa olunması və torpaqlarımız üzərində müqəddəs bayrağımızın dalğalanması idi.

Bir nüansı deyim sizə... Mən həyatımın ən qürurverici anını Xankəndidə olanda, orada vaxtilə mənfur düşmənlərin "miatsum" (1980-ci illərin sonlarında, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən geniş istifadə olunan "birlik" sözü - red.) çığırdıqları meydanda dalğalanan Azərbaycan bayrağının kölgəsində yaşamışam. Çünki o vaxt onlar orada "miatsum" çığıranda biz burada meydanlarda Qarabağı qurtarmaq üçün gücümüz çatdığı qədər mübarizə aparırdıq.

Mən həmin dövrdə "Azadlıq marşı"nı yazmışdım. Yəqin, siz də bilirsiniz: "Qalx ayağa, millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi".

Həmin o bir bayraq altında birləşmək fəlsəfəsi, Azərbaycan dövlətinin mahiyyətində özünü büruzə verdiyi kimi, vətəndaş olaraq bizim də atdığımız hər addımda, gördüyümüz hər işdə, davranışlarımızda, ətrafımızdakı insanlara, cəmiyyətə münasibətdə ədalətli olmağımızda özünü göstərməlidir.

Bu baxımdan, əlbəttə ki, vətəndaş cəmiyyətindən gözləntilər çoxdur. Toplumun ümumi mədəni səviyyəsi, düşüncə qabiliyyəti, ümumi intellektual potensialı artırılmalıdır, çünki biz məhz o müstəvidə nələrəsə nail ola bilirik. Vətəndaş cəmiyyətinin missiyası da birinci növbədə bu istiqamətə yönəlməlidir.

- Suverenliyimizin qorunub-saxlanmasında gənclərin rolu nədən ibarət olmalıdır?

- Düşünürəm ki, biz hər şeydən əvvəl təhsilli bir nəsil yetişdirilməsinə nail olmalıyıq. Həm də təkcə təhsilli yox. Bütün sahələrdə bütün komponentlərə uyğun vətəndaş yetişməlidir.

Suverenlik məsələsində komponentlər kifayət qədər çoxdur. Milli suverenlik ümumi anlayışdır, yəni bütün ərazilər üzərində dövlət suverenliyi, amma komponentlərə ayırsaq, mədəni suverenlik, təhsil suverenliyi, iqtisadi suverenlik və sair var. Bu komponentlərin hər biri yerində oturmalıdır. Əlbəttə ki, bütün bu istiqamətlərdə dövlətin öz yürütdüyü siyasət var.

Hesab edirəm ki, bu gün gənclər də vətəndaş cəmiyyətində aktiv şəkildə iştirak etməli, həmçinin komponentlərin ən vacib hissəsi olan milli burjuaziyanın formalaşmasına ciddi şəkildə dəstək verməlidirlər. Bilirsiniz, iş adamı milli olanda, onun içində millətinə sevgi olanda o, təkcə pul qazanmaq haqqında düşünmür. O həm də bu millətə fayda vermək haqqında düşünür. Təhsil proqramlarının, mədəni proqramların həyata keçirilməsinə dəstək verir. Belə olanda dövlətin məsuliyyəti yerində qalsa da, yükü azalmış olur.

Gənclərimizə tövsiyəm ondan ibarətdir ki, dövlət qulluğuna, elmə və digər sahələrə can atmaqla yanaşı, həm də öz bizneslərini qurmaq haqqında ciddi şəkildə düşünsünlər. Çünki azad, suveren cəmiyyətin formalaşması prosesi məhz milli iş adamlarının çoxluğundan keçir.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see257

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see199

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see184

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see169

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see139

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see127

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see121

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see121

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri