Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Suverenliyin və təhlükəsizliyin keşikçisi

Suverenliyin və təhlükəsizliyin keşikçisi

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Hər il 26 iyun tarixində ölkəmizdə Azərbaycanın ən mühüm rəsmi bayramlarından biri olan Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd olunur. Bu gün yalnız milli ordumuzun yaranma tarixini deyil, eləcə də onun müasir qüdrətini, sarsılmaz ruhunu və ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumağa hazır olduğunu tərənnüm edir. Yarandığı gündən son illərin zəfər dolu qələbələrinə qədər Azərbaycan Ordusu şərəfli bir yol keçmişdir.

Onun sələfi olan Əlahiddə Azərbaycan Korpusu hələ Şərqdə ilk dünyəvi parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının (ADR) hökuməti tərəfindən 1918-ci ilin 26 iyun tarixli dekreti ilə yaradılmışdır. O dövrdə görkəmli hərbi xadimlər - Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski, Səməd bəy Mehmandarov milli ordunun quruculuğunda müstəsna rol oynamış və silahlı qüvvələrin formalaşmasına böyük töhfələr vermişlər. Beləliklə, milli ordunun əsası qoyulmuş və vətəndaş müharibəsinin və xarici müdaxilənin ağır şəraitində döyüş qabiliyyətli birləşmələr yaradılmasına səylər göstərilmişdir. Lakin əfsuslar olsun ki, ADR-in süqutundan sonra bu təsisat bolşeviklər tərəfindən ləğv edilmişdir.

SSRİ dövründə Azərbaycanda hərbi kadrların sistemli şəkildə hazırlanması məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması bu prosesin təməlini qoymuşdur. O dövrdən başlayaraq Heydər Əliyevin ardıcıl səyləri nəticəsində azərbaycanlı gənclər Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə oxumağa göndərilmiş, eləcə də Sovet İttifaqının digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmuşlar .

1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra, xüsusən Qarabağ münaqişəsinin kəskinləşməsi kontekstində, güclü milli orduya ehtiyac vardı. Lakin vətənpərvərlərin fədakarlığı və ilk könüllülərin cəsarəti sayəsində təcavüzkarın zərbəsini öz üzərinə götürən ilk döyüş qabiliyyətli birləşmələr yaratmaq mümkün olsa da, o dövrün mürəkkəb ictimai-siyasi prosesləri milli ordunun yaradılmasına imkan vermədi. Ölkədə hökm sürən ağır siyasi böhran və iqtisadi tənəzzül, mütəmadi olaraq hakimiyyət uğrunda gedən mübarizə, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr, hökumətdə təmsil olunan şəxslərin qeyri-etik və səriştəsiz fəaliyyəti son nəticədə ölkəni vətəndaş müharibəsinin astanasına gətirib çıxardı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə tədricən sabitlik və əmin-amanlıq təmin edildi. 1994-cü ilin mayında atəşkəs əldə edildikdən sonra isə ölkənin müdafiə sisteminin əsaslı şəkildə islahatına başlanıldı.

Heydər Əliyev Azərbaycanda peşəkar ordunun yaradılmasını bir prioritet məqsəd kimi ortaya qoydu. O, şəxsi heyətin təliminə, intizamına, texniki təchizatına və vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə beynəlxalq hərbi əməkdaşlıq müqavilələri imzalandı, NATO proqramlarına inteqrasiya başlandı, hərbi təhsil sistemi quruldu, milli hərb məktəbi ənənələri bərpa olundu. Bu uzaqgörən siyasət gələcək qələbələr üçün möhkəm zəmin yaratmağa imkan verdi. 

2003-cü ildən etibarən Prezident İlham Əliyev Ümummilli liderin siyasi kursunu davam etdirərək Silahlı Qüvvələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Ordu quruculuğu və müdafiə sahəsinə mütəmadi olaraq büdcədən ayrılan vəsait hesabına Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və silah-sursat təchizatı gücləndirildi və ölkəmizin müdafiə sənayesi daha da inkişaf etdirildi. Eyni zamanda ordu quruculuğunun ən vacib və mühüm şərtlərindən biri olan Azərbaycan Silahlı Qüvvələrinin hüquqi bazasının daha da gücləndirilməsinə xidmət edən normativ hüquqi aktlar və sənədlər qəbul edildi. Onların arasında “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanununu (10 iyun 2005-ci il) , “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununu (23 dekabr 2011-ci il) , Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnaməni (13 fevral, 2012-ci il) və digər sənədləri qeyd etmək olar. Beləliklə, tədricən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı modernləşmə və transformasiya yolu keçərək regionun ən güclü ordularından birinə çevrildi.

Məhz ordu quruculuğu üzrə aparılmış məqsədyönlü işin nəticəsi olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə edildi. Bu qələbə nəticəsində Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi, otuz ilə yaxın davam edən işğala son qoydu. Eyni zamanda bu qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını, müasir texnologiyaların effektiv tətbiqini və tam döyüş qabiliyyətini nümayiş etdirdi. Nəhayət, bu qələbə ordu ilə xalqın sarsılmaz birliyinin təntənəsi oldu. Bütün xalq, böyükdən kiçiyə, öz Silahlı Qüvvələri ətrafında birləşdi və Ordu milli ruhun təcəssümü, cəsarət və fədakarlıq rəmzinə çevrildi. 

2023-cü ilin sentyabrında keçirilmiş anti–terror əməliyyatı nəticəsində isə Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin qalıqları tamamilə zərərsizləşdirildi və Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar oldu. Bu qələbələr həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirdi, həm də misilsiz milli qürur mənbəyinə çevrilərək ölkəmizin öz maraqlarını qorumaq əzmini və qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Hazırda dünya dərin və sürətli transformasiyalar dövrünü yaşayır. Milli təhlükəsizliyin və suverenliyin əsas amili kimi güclü və döyüş qabiliyyətli ordunun mövcudluğu ön plana çıxır. Orduya dəstəyin verilməsi bu gün strateji zərurətdir. Bu, ölkənin gələcəyinə, onun dinc inkişafına və çiçəklənməsinə qoyulan sərmayədir. Dövlət və cəmiyyət Silahlı Qüvvələrin daha da möhkəmləndirilməsi, onların ən yeni silah növləri ilə təchiz edilməsi, döyüş hazırlığının və şəxsi heyətin peşəkarlığının artırılması üzrə səyləri birləşdirməyə davam etməlidir. Yalnız güclü ordu milli suverenliyin, sabitliyin və təhülikəsizliyin əsas təminatçısıdır. 

Azərbaycan Silahlı Qüvvələri Günü təkcə bir bayram deyil, ölkəmizin keçdiyi böyük və şərəfli yolun və onun suverenliyini, ərazi bütövlüyünü öz həyatı və cəsarəti bahasına təmin edənlərin xatirəsidir. Bu gün biz onları ehtiramla yad edir və güclü, müstəqil və sülh-
sevər Azərbaycanın yolunda öz birliyimizi təsdiqləyirik.

Gülşən Paşayeva,
Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzin İdarə Heyətinin üzvü 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri