Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Suverenliyin təntənəsi ŞƏRH

Suverenliyin təntənəsi ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

Artıq 3-cü ildir ki, xalqımız dövlət suverenliyimizin bərpasını böyük təntənə və coşqu ilə qeyd edir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təsis olunan bu bayram respublikamızın milli suverenliyini qürur və iftixarla dünyaya çatdırır. Bu əlamətdar gün Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını, ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam və qəti şəkildə təmin olunmasını simvolizə edir.

Bu fikirlər Milli Məclisin deputatı Xanlar Fətiyevin “Suverenliyin təntənəsi” adlı məqaləsində yer alıb.

AZƏRTAC həmin məqaləni təqdim edir:

Suverenlik hər bir toplum üçün əvəzolunmaz dəyəri olan milli sərvət, qürur mənbəyi və fəxarət ünvanıdır. Azərbaycan xalqı dövlət müstəqilliyinə nail olmaq və suverenliyini qorumaq üçün tarix boyu çox sınaqlardan, ağır mübarizələrdən keçib. Ona görə bu gün suverenliyimizin və ərazi bütövlüyünün təmin olunması dövlətçiliyimizin ən mühüm siyasi nailiyyətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Qeyd etdiyim kimi, xalqımız tarix boyu suverenliyi uğrunda çox mübarizələrdən keçib. Bu baxımdan 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərində ərazi bütövlüyümüzün tam bərpa olunması yalnız müasir müstəqillik deyil, son bir neçə əsrlik tariximizin mühüm hadisələri olmaqla bərabər, xalqımızın əzmini və əyilməzliyini göstərən faktorlardır.

Beynəlxalq hüquq suveren dövləti müxtəlif siyasi meyarlarla yanaşı, özünün ərazisi və tək hökuməti olan dövlət kimi xarakterizə edir. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan dövlətinin beynəlxalq hüquqla təsbit olunan bu suveren hüquqları kobud şəkildə pozulmuşdu. Torpaqlarımız havadarlarının köməyi ilə Ermənistan tərəfindən işğal olunmuş, tarixi yurd yerimiz olan Qarabağda separatçı və qondarma rejim qurulmuşdu. Qanunların, hüquq normalarının işləmədiyi bu ərazilərdə Ermənistan dövləti separatçı və cinayətkar fəaliyyətlə məşğul idi. Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətləri işğalçılar tərəfindən talan olunaraq xarici dövlətlərə satılırdı. Təbii ki, Azərbaycan dövləti və xalqı işğal faktı, ərazilərində ikinci erməni dövlətinin qurulması ilə razılaşa bilməzdi. Bu baxımdan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını ilk gündən milli vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin, Silahlı Qüvvələrimizin gücünün, xalqımızın milli iradəsinin təntənəsinə çevrildi.

Vətən müharibəsindən sonra isə qarşıda duran əsas milli vəzifələrdən biri Qarabağdakı erməni separatizminə son qoyulması, Azərbaycan dövlətinin konstitusion hüquqlarının bu ərazilərdə bərpası idi. Qondarma bir rejimin Qarabağda fəaliyyətini davam etdirməsi əlbəttə ki, Azərbaycan dövləti tərəfindən qəbul oluna bilməzdi. Digər tərəfdən separatçılar tərəfindən Laçın yolu ilə Qarabağa silah-sursatın daşınması, mütəmadi olaraq atəşkəsin pozulması təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi. Bütün bunların qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən atılan qətiyyətli addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılması oldu. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra qazandığı növbəti siyasi-hərbi nailiyyət oldu. Sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini, nəzarətini və ərazi bütövlüyünü təmin etdi. Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin Azərbaycanın milli maraq və mənafelərinin qorunması, təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasi kurs respublikamızın bütün strateji hədəf və məqsədlərinə çatmasını layiqincə təmin edir.

2023-cü il sentyabrın 19-20 tarixlərində Silahlı Qüvvələrimizin bölmələrinin Qarabağdakı separatçılara və Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi antiterror tədbirləri isə Azərbaycan hökumətinin bütün ərazilərimiz üzərində milli suverenliyimizin və dövlətimizin konstitusion hüquqlarının bərpa edilməsi istiqamətindəki fəaliyyətin əsas hərbi-siyasi hadisəsi oldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycan dövlətinin tarixində və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən antiterror tədbirlərinin nəticəsi olaraq, Qarabağ iqtisadi rayonunda Azərbaycan dövlətinin milli suverenliyi bərpa edildi. Bununla Azərbaycanın müasir tarixində həm də yeni mərhələ başlandı. Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq antiterror tədbirlərindən sonra bütün ərazilərimiz üzərində dövlətimizin konstitusion hüquqları təmin edildi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, antiterror tədbirlərinin qələbə ilə başa çatdırıldığı, respublikamızın bütün əraziləri üzərində dövlət suverenliyimizin bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğu 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu Sərəncam həm Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi və məntiqi sonluğunu əks etdirir, həm də tariximizin yeni mərhələsinin başlanmasından xəbər verir.

Bu gün xalqımız suverenliyin təntənəsini yaşayır. Üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə vüqarla dalğalanır, suveren Azərbaycan dövlətinin varlığını dünyaya bəyan edir. Artıq milli suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Heç bir qüvvə Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdid yarada bilməz.

Antiterror tədbirlərində qazanılan mühüm tarixi nailiyyətlər yalnız Ermənistana və erməni separatizminə deyil, həm də antiazərbaycançı şəbəkənin təlimatları ilə respublikamıza qarşı qarayaxma kampaniyası aparmaqla məşğul olan sapı özümüzdən olan baltalara vurulan böyük zərbə oldu. Məlum olduğu kimi, özünü müxalifətçi və ya mühacir müxalif hesab edən, reallıqda isə öz fəaliyyətləri ilə respublikamızın milli maraqlarına qarşı çıxan antimilli qrupun təmsilçiləri Azərbaycan dövlətinin Qarabağdakı qondarma rejimi ləğv etmək iqtidarında olmadığını iddia edirdilər. Onların demək olar ki, bütün təmsilçiləri sosial şəbəkə hesablarından bu cür fikirləri ictimai rəyə sırımağa cəhdlər göstərirdilər. Avropada məskunlaşmış bəziləri bir az da qabağa gedərək separatçı rejimin müdafiəsinə qalxırdılar. Azərbaycan Prezidentinin qətiyyətli siyasəti və ordumuzun gücü ilə cəmi bir sutkaya separatizmin kökünün kəsilməsi həmin dairələrin bütün məkrli manipulyasiyalarını alt-üst etdi. Beləliklə, dövlətimizin gücünə və ordumuzun qüdrətinə şübhə toxumu səpməyə çalışanların özləri tarixin qarşısında ifşa olundular.

Bu baxımdan respublikamızın öz əraziləri üzərində milli suverenliyini bərpa etməsi Azərbaycan dövlətinin guya Qarabağ məsələsini həll edə bilməyəcəyini deyənlərin, separatçı rejimin ömrünü uzatmağa çalışanların, xaricdən ölkəmiz əleyhinə kampaniyalar aparanların növbəti məğlubiyyəti oldu. Bir daha göründü ki, Azərbaycan dövləti öz nailiyyətləri və zəfərləri ilə antiazərbaycançı şəbəkənin bütün elementlərini iflasa uğradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri