Icma.az
close
up
RU
Suya bu cür sərt eniş etsəydik, təyyarə parçaparça olacaqdı Sağ qalan təyyarə bələdçisi

Suya bu cür sərt eniş etsəydik, təyyarə parçaparça olacaqdı Sağ qalan təyyarə bələdçisi

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik ki, suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər".

Sitat.info xəbər verir ki, bunu  APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.

Onun sözlərinə görə, daha sonra onlara ekipaj komandiri zəng edərək onlara suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verib:

“Fikrimcə, suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o suya sərt eniş etsəydi, bu, daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi.

Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər eniş edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Dekabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see238

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see193

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see157

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see145

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see137

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri