Suyun altında 8500 yaşı olan yaşayış məskəni tapıldı
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarkanın Aarhus körfəzində aparılan arxeoloji qazıntılar zamanı 8500 il əvvəl dəniz sularının altında qalmış Daş dövrünə aid yaşayış məskəni aşkar edilib.
“Independent” xəbər verir ki, yay mövsümündə dalğıclar ölkənin ikinci böyük şəhəri Aarhus yaxınlığında dəniz dibinə enərək Daş dövrünə aid məskəndən heyvan sümükləri və daş alətlər toplayıblar.
Tədqiqatlar Avropa İttifaqının maliyyələşdirdiyi, dəyəri 13,2 milyon avro olan altıillik beynəlxalq layihənin bir hissəsidir. Layihəyə Aarhus Universiteti (Danimarka), Bredford Universiteti (Böyük Britaniya) və Almaniyanın Aşağı Saksoniya Tarixi Sahil Tədqiqatları İnstitutu da qoşulub. Məqsəd Baltik və Şimal dənizlərinin dibini xəritələşdirərək su altında qalmış Mezolit dövrü məskənlərini üzə çıxarmaqdır.
Danimarkada sualtı tədqiqatlara rəhbərlik edən arxeoloq Peter Moe Astrup bildirib ki, indiyədək aşkar edilən məskənlərin əksəriyyəti qədim sahil xəttindən daha içəridə yerləşib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Avqust 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















