Azərbaycanda qədim yaşayış məskəni tapıldı (FOTO)
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı çiy kərpicdən döşəmə və bişmiş qırmızı kərpicdən hörgü izləri aşkarlanıb. Tapıntılar Mil düzündəki qədim yaşayış yerində məskunlaşmanın müxtəlif dövrlərdə davam etdiyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, institutun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat işləri aparıb, avqustda isə yoxlama şurfu qoyub. Stasionar arxeoloji qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan tədqiqat zamanı mədəni qatın təxminən bir metr dərinliyədək davam etdiyi müəyyənləşdirilib.
Qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92-93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü qalıqları qeydə alınıb. Bundan başqa, keramika nümunələri, tikinti materialları və sümük qalıqları aşkarlanaraq sənədləşdirilib.
Təzəkənd abidəsi ilk dəfə 1936-cı ildə İ.P. Şeblıkin tərəfindən yerüstü kəşfiyyat zamanı qeydə alınıb. Ərazidə ilk sistemli arxeoloji tədqiqatlar 1953-1957-ci illərdə A.A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası tərəfindən aparılıb. Q.M. Əhmədovun 1957-ci ildə qoyduğu şurf zamanı mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyən edilib.
Əvvəlki tədqiqatlar zamanı aşkarlanan keramika nümunələri və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın eramızdan əvvəl II–I əsrlərdən eramızın V-VII əsrlərinədək davam etdiyini göstərir.
A.A. İessen və Q.M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərdə mövcud olmuş Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər.
Bu elmi qənaətin yoxlanılması və aşkarlanmış tikililərin planının dəqiqləşdirilməsi üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsi, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunması zəruri hesab edilir.
‹›1 / 6






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Noyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















