8500 il yaşı olan yaşayış məskəni tapıldı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misirin Fərəfra vahəsində arxeoloqlar təxminən 8 500 il əvvələ aid qədim yaşayış məskəninin izlərini aşkar ediblər.
Modern.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.
Tədqiqatçılar Racih yaylasında 200-ə yaxın arxeoloji obyekt aşkarlayıblar. Daş tikililər və ocaqlar burada insanların müvəqqəti dayanacaqda deyil, daimi yaşayış məskənində məskunlaşdığını göstərir.
Geoloji araşdırmalar nəticəsində müəyyən edilib ki, qədim dövrlərdə ərazidə göllər mövcud olub. Bu isə həmin dövrdə regionun iqliminin indikindən xeyli rütubətli olduğunu göstərir.
Misir-İtaliya arxeoloji missiyası 2023-cü ildən ərazidə tədqiqat aparır. Alimlər qədim insanların Saxara səhrasında necə məskunlaşdıqlarını və iqlim dəyişikliklərinə necə uyğunlaşdıqlarını araşdırırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Noyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















