Suyun dibində çöküntünün yaranmasının isə bir neçə səbəbi ola bilər EKSPERT
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Suyun tərkibinin xüsusiyyətləri, əsasən, onun tərkibindəki kalsium və maqnezium duzlarının miqdarı ilə müəyyən olunur. Suyun dibində çöküntünün yaranmasının isə bir neçə səbəbi ola bilər. Çöküntünün olması heç də həmişə suyun çirkli və ya təhlükəli olması demək deyil".
Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
O qeyd edib ki, xüsusilə qeyd etmək lazımdır ki, suyun tərkibində həll olmuş minerallar, o cümlədən kalsium və maqnezium duzları ola bilər:
"Temperatur dəyişdikdə və suyun bir hissəsi buxarlandıqda həmin mineral maddələr kristallaşaraq qabın dibinə çökür. Suyun mineral tərkibindən asılı olaraq bu çöküntülər ağ, sarımtıl və ya digər rənglərdə ola bilər.
Eyni zamanda, suyun tərkibində dəmir və manqan kimi elementlər də mövcuddur. Bu elementlər oksigenlə təmasda olduqda oksidləşir və nəticədə qəhvəyi, sarımtıl və ya qara rəngli çöküntülər yarana bilər. Suyun götürüldüyü mənbə də mühüm əhəmiyyət daşıyır. Belə ki, mənbədən asılı olaraq suya gil, qum, lil və palçıq hissəcikləri qarışa və çöküntünün yaranmasına səbəb ola bilər.
Buna görə də suyun saxlandığı qabın təmizliyinə diqqət yetirmək lazımdır. Su uzun müddət açıq qabda saxlanıldıqda çirklənməyə məruz qala bilər. Bundan əlavə, onun tərkibində mikroorqanizmlərin inkişafı suyun keyfiyyətinə mənfi təsir göstərə bilər.
Suyun təhlükəsizliyini yalnız çöküntünün rənginə və görünüşünə əsasən müəyyən etmək mümkün deyil. Xüsusilə suyun rəngində, qoxusunda və ya dadında kəskin dəyişiklik müşahidə olunarsa, həmin sudan istifadə etmək məsləhət görülmür.
Suyun qaynadılması və ya filtrdən keçirilməsi bəzi hallarda onun təmizlənməsinə kömək edə bilər. Belə ki, qaynatma mikroorqanizmlərin, o cümlədən bakteriya, virus və parazitlərin zərərsizləşdirilməsi baxımından effektiv üsuldur. Lakin qaynatma ağır metalları, mineral duzları və kimyəvi çirkləndiriciləri sudan təmizləmir.
Filtrlərin də imkanları fərqlidir və hər filtr bütün növ çirkləndiriciləri aradan qaldıra bilmir. Məsələn, mexaniki filtrlər qum və digər bərk hissəcikləri saxlaya bilir. Aktivləşdirilmiş karbon filtrləri isə bəzi üzvi maddələrin və xoşagəlməz qoxuların azalmasına kömək edir.
Əgər içməli suda təkrar-təkrar çöküntü yaranırsa, yalnız suyu qaynatmaqla və ya məişət filtrindən keçirməklə kifayətlənmək olmaz. Bu halda suyun laboratoriya analizi aparılmalı, onun mənbəyi, kimyəvi və mikrobioloji göstəriciləri yoxlanılmalıdır.
Nəticə etibarilə, şəffaf su mütləq təmiz və təhlükəsiz, çöküntüsü olan su isə mütləq çirkli və təhlükəli demək deyil. Suyun keyfiyyəti və təhlükəsizliyi yalnız laborator analiz vasitəsilə dəqiq müəyyən edilə bilər. Çünki təhlükəli çirkləndiricilərin bir çoxunu adi gözlə görmək mümkün deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 06 Noyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















