“SVO qəhrəmanı” toy gecəsi arvadını öldürdü FOTO
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yekaterinburq Hərbi Məhkəməsi Tümen vilayətinin Yurqinskaya kənd sakini Aleksey Marçukovu 12,5 il müddətinə azadlıqdan məhrum edib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Marçukov arvadını toy gecəsi öldürməkdə ittiham olunur.
Marçukov bundan əvvəl bir neçə dəfə məhkum olunub və həbsxanadan canını qurtarmaq üçün rəsmən “xüsusi hərbi əməliyyat (SVO)” adlandırılan Ukraynadakı işğalçılıq müharibəsinə yollanıb.
Yazda evə tətilə gələn “SVO qəhrəmanı” sevgilisi Marina ilə martın 4-də evlənib. Lakin Marçukov elə toy gecəsi qısqanclıq zəminində yeni arvadını qətlə yetirib.
Təqsirləndirilən şəxs hökmü dinlədikdən sonra koloniyadan cəbhəyə qayıtmaq istədiyini bildirib. Media yazır ki, məhkəmə hökmünü dinləyəndən sonra cinayətkar yenidən müharibəyə göndərilməsini istəyib. Onun bu arzusunun böyük məmnuniyyətlə yerinə yetiriləcəyi gözlənilir.
“AzPolitika.info”
Baxış sayı:58
Bu xəbər 21 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















