Sxadadze: “Belə komandaya qarşı düzgün oynamalı idik”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbələ” 2025/26 mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində keçirilən yoxlama oyununda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib.
Futbolpress.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin fikirlərini bildirib:
“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir. Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi.
Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Yanvar 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















