Icma.az
close
up
RU
Hələ belə məğlubiyyətlə üzləşməmişdim Kaxaber Sxadadze

Hələ belə məğlubiyyətlə üzləşməmişdim Kaxaber Sxadadze

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze

"Qəbələ" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə "Sabah"la üz-üzə gəlib. Qarşılaşma "Sabah"ın 7:1 qələbəsi ilə yekunlaşıb.

QOL.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Baş məşqçi ağır məğlubiyyəti və komandasının əzmkar mübarizə aparmamasını kəskin şəkildə tənqid edib:

"Bu gün meydanda əsl katastrofik hadisə baş verdi. Əlbəttə, belə hallarda baş məşqçi kimi bütün məsuliyyəti öz üzərimə götürürəm. Oyunu dərindən analiz edib, buraxılan səhvləri ortaya çıxarmalıyıq. Futbolçuların əksəriyyəti bugünkü qarşılaşmaya tam hazır deyildi. Çox sadə səhvlərdən qollar buraxdıq, rəqib isə yaranan boşluqlardan maksimum yararlandı. "Sabah" kimi keyfiyyətli komandaya qarşı bu qədər əks-hücum şansı vermək bağışlanılmazdır. Təhlillər aparmalıyıq, açığı, danışmağa çox söz qalmayıb".

Təcrübəli mütəxəssis həm çempionat, həm də kubokda eyni rəqiblə qarşılaşmağın çətinliyindən söz açıb:

"Hadisələrin bu məcrada inkişaf edəcəyini düşünməzdik. İki cəbhədə birdən mübarizə aparmaq, bir ay ərzində turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Sabah"a qarşı beş oyun keçirmək fiziki və psixoloji baxımdan çox çətindir. Kubok matçında hesabda 0:2 geri düşsək də, xarakter göstərə bilmişdik. Lakin bugünkü oyunda mənfi olan əsas məqam oyunçularda məhz həmin xarakterin çatışmaması idi".

Karyerasında ilk dəfə belə böyükhesablı məğlubiyyətlə üzləşdiyini etiraf edən Sxadadze futbolçuların mübarizə əzmini itirməsini faciə adlandırıb:

"Uşaqlara da bildirdim ki, bütün məşqçilik karyeram ərzində belə bir hesabla rastlaşmamışdım. Qismət imiş, bunu da yaşadıq. Futbolda məğlub olmaq olar, lakin əzmkarlıq göstərmədən bu cür uduzmaq əsl faciədir. Həyatda hər an mübarizə aparmaq vacibdir. Təəssüf ki, bu gün bəzi oyunçular meydanda döyüşmədilər".

Baş məşqçi klubların büdcə fərqi və heyət keyfiyyəti barədə verilən suala isə konkret cavab verib:

"Maliyyə fərqi barədə danışmaq istəməzdim. Bizim üçün bu gün ən vacib olan xarakter idi ki, o da görünmədi. İstənilən şəraitdə hər bir futbolçumuz xarakter nümayiş etdirməlidir. Məsələn, vaxtilə "Şerif"in "Real"a qalib gəldiyi oyunu xatırlayaq. Onlar arasında da böyük fərq var idi. Ona görə təkrar edirəm, bugünkü məğlubiyyətin əsas və ən böyük səbəbi xarakter çatışmazlığı idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri