Icma.az
close
up
RU
Syed Arif Vali: COP29 konfransı bütün dünya üçün strateji əhəmiyyət daşıyır AZƏRTAC

Syed Arif Vali: COP29 konfransı bütün dünya üçün strateji əhəmiyyət daşıyır AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

COP29 konfransı bütün dünya üçün strateji əhəmiyyət kəsb edir. Bu tədbir çərçivəsində iqlim maliyyələşdirilməsi kimi mühüm məsələlərin müzakirəsi vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hindistan nümayəndə heyətinin üzvü, Enerji və Resurslar İnstitutunun torpaq resursları bölməsinin Assosiativ direktoru doktor Syed Arif Vali səsləndirib.

O, Hindistanın bu istiqamətdəki hədəflərini və mövcud çağırışları diqqətə çatdıraraq deyib: “Dövlətimiz 2070-ci ilə qədər sıfır karbon neytrallığına nail olmaq öhdəliyini öz üzərinə götürüb. Bununla yanaşı, 2030-cu ilə qədər 0,5-3 milyon ton karbon emissiyasının azaldılmasını təmin etməyi qarşıya məqsəd qoymuşuq. Bu istiqamətdə görülən işlər Hindistanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə oynadığı lider rolunu nümayiş etdirir”.

Hindistan nümayəndəsinin sözlərinə görə, ölkəsinin əsas diqqət yetirdiyi məsələlərdən biri REDD+ (Meşələrin Qırılması və Deqradasiyası ilə bağlı Emissiyaların Azaldılması) proqramıdır. O vurğulayıb ki, Hindistan üçün meşələrin qırılmasının qətiyyən qəbuledilməz olduğunu nəzərə alaraq, REDD+ metodologiyasında müvafiq dəyişikliklər edilməlidir. “Hazırda Hindistanda meşə sahəsi 988 milyon hektardır. Bu ərazilərin qorunması prioritet məsələdir. Bununla belə, REDD+ metodologiyasına daxil olan meşələrin qırılması aspekti bizə tətbiq edilə bilməz. Mövcud metodologiya səbəbindən bir çox layihənin icrası dayandırılıb. Ona görə də metodologiyanın yenilənməsi vacibdir ki, bu proqram çərçivəsində irəliləyişə nail olaq və layihələr həyata keçirilsin”.

S.A.Vali artıq ikinci dəfədir COP tədbirlərində iştirak etdiyini deyərək vurğulayıb: “Mən torpaq resursları bölməsinin assosiativ direktoru kimi torpaq resurslarının qorunması və idarə edilməsi sahəsində geniş spektrli layihələr üzərində işləyirəm. Bu tədbirlər bizə həm təcrübə mübadiləsi aparmaq, həm də qlobal səviyyədə koordinasiyanı gücləndirmək üçün nadir imkanlar yaradır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri