Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: Mənə pis təsir edir (Video)
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son vaxtlar arıqlaması ilə diqqət çəkən müğənni Tacir Şahmalıoğlu bu dəfə oğlu Şahmalı ilə birlikdə efirə çıxıb.
Milli.Az xəbər verir ki, veriliş zamanı sənətçinin arıqlaması müzakirə mövzusuna çevrilib. Tacir Şahmalıoğlunun xarici görünüşündəki dəyişiklik oğlu Şahmalının da kövrəlməsinə səbəb olub.
Şahmalı atasının xəstəliyinin və arıqlamasının ona təsir etdiyini deyərək göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Tacir Şahmalıoğlunun arıqlaması son günlər sosial şəbəkələrdə də müzakirə olunur. Sənətçinin mədə kiçiltmə əməliyyatı keçirdiyi barədə məlumatı ilk olaraq Xəbərshow əldə edib.
Tacir Şahmalıoğlu daha əvvəl sosial şəbəkə hesabında uzun illərdir arıqlamaq istədiyini qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:200
Bu xəbər 17 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















