Icma.az
close
up
RU
“Tağıyev: Neft” bədii filmi Türkmənistanda

“Tağıyev: Neft” bədii filmi Türkmənistanda

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət, elm və ədəbiyyat xadimləri, incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti qardaş ölkəyə səfər edib.

Kulis.az xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günləri “Aşqabad” Kinoteatrında “Tağıyev: Neft” tammetrajlı bədii filminin nümayişi başlanıb.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, hər iki ölkənin mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən “Türkmənfilm”in baş direktorunun müavini Sahısaleh Bayramov Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayıb. Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərini əlamətdar hadisə kimi dəyərləndirən S.Bayramov bu kimi mədəni təşəbbüslərin iki ölkənin qardaş xalqlarının daha da yaxınlaşdırdığını bildirib.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov çıxış edərək ölkəmizin mədəni zənginliklərinin qardaş Türkmənistanda təqdim edilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr mədəniyyət sahəsində də uğurla inkişaf edir. Ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyən nazir müavini qardaş türkmən xalqının çoxəsrlik mədəni mirasının yaddaşlarda dərin iz qoyduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkmənistan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirən O.Sadıqov nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkmənistan tərəfinə minnətdarlıq edib.

Sonra “Tağıyev: Neft” tammetrajlı bədii filmi haqqında məlumat verilib. Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Kinolent milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Sonra ekran əsəri nümayiş olunub. XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi-mədəni hadisələrin yer aldığı film böyük maraqla qarşılanıb.

ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirildi Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri