Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskvada xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, “Poliloq” fondunun dəstəyi ilə keçirilən təqdimat məşhur kinorejissor Eldar Ryazanovun yaradıcılıq emalatxanasında - “Eldar” kinoteatrında baş tutub.
“Tağıyev: Neft” bədii filmi kinoteatrın fərqli zallarında həm rus dilində, həm də Azərbaycan dilində nümayiş olunub.
Filmin nümayişindən sonra rejissor Zaur Qasımlı, baş rolun ifaçısı xalq artisti Pərviz Məmmədrzayev və digər filmdə rol alan digər aktyorlar tamaşaçıların suallarını cavablandırıblar.
Rejissor filmin ikinci, üçüncü və dördüncü hissələrinin də Moskvada bu formatda təqdimatının keçirilməsi ideyasının olduğunu bildirib.
Qeyd edək ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 23 Aprel 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















