Icma.az
close
up
RU
Türkmənistanda Tağıyev: Neft bədii filminin nümayişi olub

Türkmənistanda Tağıyev: Neft bədii filminin nümayişi olub

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Tağıyev: Neft" bədii filminin nümayişi olub.

"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, film ölkənin "Kinovideoxidmət" Birliyinin "Aşqabad" Kinoteatrında təqdim edilib.

Tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistanın mədəniyyət nazirinin müavini Nursahed Şirimov, eləcə də hər iki nazirliyin digər rəsmiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Nümayişdən öncə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərininin əhəmiyyətinə toxunub:

"Hər iki xalq mədəniyyət baxımından bir-birinə çox yaxındır. Bu kimi qarşılıqlı mədəniyyət günləri xalqlar arasındakı dostluq, qardaşlıq bağlarını daha da gücləndirir".

Orxan Fikrətoğlu nümayiş olunan "Tağıyev: Neft" filminin süjet xəttinin də türkmən xalqı üçün yad olmadığına diqqət çəkib:

"Nəzərə alsaq ki, türkmənlər də neft-qaz sektoru ilə məşğuldurlar, bu baxımdan, filmin mövzusu onlara çox tanışdır".

Nazir müşaviri mədəniyyət günləri çərçivəsində nümayiş olunan filmlərdən üçünün prodüser filmi olduğunu deyərək bunun da öz növbəsində prodüser filmlərinin inkişafına təkan verəcəyini söyləyib.

Filmin rejissoru Zaur Qasımlı isə "Tağıyev: Neft"in mədəniyyət günləri çərçivəsində davamlı nümayiş ediləcəyini bildirib.

"Biz hesab edirik ki, iki ölkənin mədəni yaxınlığından və mədəni münasibətindən yola çıxaraq bu kimi nümayişləri daha çox edə bilərik".

"Türkmənfilm"in baş direktorun müavini Sahısaleh Bayramov "Tağıyev: Neft" filmini Qazaxıstanda "Qorqud Ata" festivalı çərçivəsinsə izlədiyini və çox təsirləndiyini deyib.

"Bu kontesktdə biz Azərbaycan Mədəniyyət Nazirliyi ilə ortaq film istehsalını da müzakirə etmişik. Ümimiyyətlə, bizim xalqlar, onların mədəniyyəti çox yaxındır. Bu mənada, ortaq lahihələrin icrası mümkündür".

Sonra "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş olunub.

Məlumat üçün bildirək ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Film milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri