Icma.az
close
up
RU
Tahir Budaqov ÇKP Nantun şəhər komitəsi katibinin müavini ilə görüşüb

Tahir Budaqov ÇKP Nantun şəhər komitəsi katibinin müavini ilə görüşüb

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. SİA xəbər verir ki, səfər çərçivəsində noyabrın 16-da Çin Kommunist Partiyası (ÇKP) Nantun şəhər komitəsi katibinin müavini Şen Ley ilə görüş keçirilib.

Görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə əsaslanan uğurlu siyasətinin qanunauyğun nəticəsi kimi, qarşılıqlı inam və etimada, çoxillik əməkdaşlığa əsaslanaraq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ikitərəfli münasibətlərin inkişafına yeni dinamizm gətirməklə bərabər, Azərbaycan ilə Çinin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Görüş zamanı iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub. Azərbaycan ilə Çinin regionlarının yüksək inkişaf səviyyəsinə çatdığı qeyd edilərək ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olması, mədəniyyət, turizm, ticarət və digər sahələrdə faydalı layihələrin reallaşdırıldığı, lakin hələ istifadə olunmamış geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb, xüsusilə də yeni texnologiyaların tətbiqi, müasir infrastruktur quruculuğu və "yaşıl inkişaf"ın təmini istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirilə biləcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin aparılmasının partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanması, bir çox məhsuldar görüşlərin keçirilməsi və Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak yaxın dostluq əlaqələrinin daha bir bariz nümunəsidir.

YAP ilə ÇKP-nin hakim siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirmək niyyətində və yeni uğurlara imza atmaq əzmində olduqları xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 16-da YAP nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Eyni zamanda, "Çjuntyan" elm və texnologiya sərgi salonu və Nantun şəhərinin Nançuanyuan mikrorayonunun partiya üzvlərinə və sakinlərinə xidmət mərkəzi ziyarət olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see279

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see231

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see218

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see179

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see149

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see143

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see118

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri