Icma.az
close
up
RU
YAP Sədrinin müavini Çin Kommunist Partiyası Nantun şəhər komitəsi katibinin müavini ilə görüşüb

YAP Sədrinin müavini Çin Kommunist Partiyası Nantun şəhər komitəsi katibinin müavini ilə görüşüb

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Səfər çərçivəsində noyabrın 16-da Çin Kommunist Partiyası (ÇKP) Nantun şəhər komitəsi katibinin müavini Şen Ley ilə görüş keçirilib.

Görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə əsaslanan uğurlu siyasətinin qanunauyğun nəticəsi kimi, qarşılıqlı inam və etimada, çoxillik əməkdaşlığa əsaslanaraq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ikitərəfli münasibətlərin inkişafına yeni dinamizm gətirməklə bərabər, Azərbaycan ilə Çinin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Görüş zamanı iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub. Azərbaycan ilə Çinin regionlarının yüksək inkişaf səviyyəsinə çatdığı qeyd edilərək ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olması, mədəniyyət, turizm, ticarət və digər sahələrdə faydalı layihələrin reallaşdırıldığı, lakin hələ istifadə olunmamış geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb, xüsusilə də yeni texnologiyaların tətbiqi, müasir infrastruktur quruculuğu və "yaşıl inkişaf"ın təmini istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirilə biləcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin aparılmasının partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanması, bir çox məhsuldar görüşlərin keçirilməsi və Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak yaxın dostluq əlaqələrinin daha bir bariz nümunəsidir.

YAP ilə ÇKP-nin hakim siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirmək niyyətində və yeni uğurlara imza atmaq əzmində olduqları xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 16-da YAP nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Eyni zamanda, "Çjuntyan" elm və texnologiya sərgi salonu və Nantun şəhərinin Nançuanyuan mikrorayonunun partiya üzvlərinə və sakinlərinə xidmət mərkəzi ziyarət olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri