Icma.az
close
up
RU
Tahir Əmiraslanov vəzifəsinə qayıdır? Adamın düşməni də gərək kişi olsun

Tahir Əmiraslanov vəzifəsinə qayıdır? Adamın düşməni də gərək kişi olsun

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş rəhbəri Tahir Əmiraslanov Dövlət Turizm Agentliyində 2,9 milyon manatlıq mənimsəmə faktının olduğunu iddia edib.

Onun sözlərinə görə, bu məbləğ Milli Kulinariya Mərkəzinin 30 illik büdcəsinə bərabərdir. Əmiraslanov, həmçinin bildirib ki, son üç ildə ermənilərə milli mətbəximizlə bağlı böyük güzəştlər edilib. 

Baş verən qanunsuzluqlarla bağlı artıq Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və daha bir neçə vəzifəli şəxs işdən azad edilib. Eyni zamanda, Agentliyin sədri Fuad Nağıyevə Prezident İlham Əliyev tərəfindən şiddətli töhmət verilib. 

Son hadisələrlə bağlı Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov “Cebheinfo.az”-a açıqlama verib. 

O, kulinariya sahəsində son illərdə ciddi problemlərin yaşandığını bildirib:

"Birincisi, mən heç kəsin həbsini və cəzalandırlmasını istəmirəm. Lakin onlar çox işləri dayandırdılar. Son üç ildə ermənilərə o qədər imkanlar yaradıldı ki, indi biz bu zərərləri aradan qaldırmaq üçün ən azı 30 il çalışmalı olacağıq. Bu proseslər təkcə ictimai təşkilatlarla məhdudlaşmır, ölkə daxilində də bir çox işləri dayandırdılar. Nəticədə Azərbaycanın dünya kulinariya təşkilatlarındakı nüfuzu zəifləməyə başladı.

Mənim heç kimə qarşı şəxsi qərəzim yoxdur. O vaxt da biz onunla açıq danışdıq. Şəxsi ədavəti varsa, bu, mənə qarşı olsun. Məni hamı sevməli deyil ki. Amma çox istəyərdim ki, mənim düşmənim də ağıllı, heç olmasa xalqını, millətini sevən, millətə xidmət edən adam ola. Adamın düşməni də kişi olsun gərək. Mənim onunla qəsd-qərəzim, düşmənçiliyim yoxdur. Onların mənimlə düşmənçiliyi var”. 

T.Əmiraslanov Milli Kulinariya Mərkəzində baş verən problemlərə və özünün bu quruma qayıdışına da toxunub:

“Prezidentin bir dövlət qurumunun rəhbərinə şiddətli  töhmət verməsi nadir hallarda baş verir. Bu göstərir ki, məsələ ölkə rəhbərliyinin xüsusi diqqətindədir. Əminəm ki, bu işin sonu yaxşı olacaq və məsələ yüksək səviyyədə həll ediləcək.

Mərkəzi o qədər iflic vəziyyətə salıblar ki, oraya qayıtmaq barədə düşünməmişəm. 2 il əvvəl desəydiz, mən deyirdim ki, o vəziyyətdə, o şərtlərlə orda işləmək istəmirəm. Lakin dövlətin tələbi olarsa, mən Prezidentin əsgəriyəm və harada lazım olarsa, orada xidmət edəcəyəm. Onsuz da bu işləri yavaş-yavaş, bacardığım qədər, maliyyəsiz görürəm. Bu 3 ildə bizim tərəfimizdən nə qədər iş görüldü. Bunların 3 ildə gördükləri iş varsa, desinlər”. 

Tahir Əmiraslanov söhbətin şəxsi maraqlardan getmədiyini və bu məsələnin onun şəxsi işi kimi qiymətləndirilməməli olduğunu vurğulayıb:

"Bu, təkcə Tahir Əmiraslanovun məsələsi deyil. Millətin yaratdıqları və qazandığı nailiyyətlər qorunmalıdır. Heç kimin əzab-əziyyət çəkməsini istəmirəm. Amma ölkənin maraqlarını niyə satırsan? Bunu bağışlaya bilmirəm. O mərkəzi mən yaratmışdım. O mərkəz mənim balam kimi idi. Onu iflic vəiyyətinə saldılar. Onu niyə işlətmirsiz? Niyə erməniyə cavab vermirsiniz? Sizin məqsədiniz nədir? Dövlətin, xalqın, ölkənin mənafeyi Tahir Əmiraslanovdan da üstündür. Bu xalq elə dahilər yetişdirib ki, Tahir Əmiraslanov onların əlinə su tökməyə yaramır. Mən istəyirəm ki, bu, Tahir Əmiraslanovun məsələsi kimi ortaya qoyulsun. 

Məsələ Tahir Əmiraslanovun işdən çıxarılması deyil. Onu işdən də çıxarmaq olar, canını da almaq olar. Amma dövlətin, ölkənin işi, xalqın mənafeyi qorunmalıdır. Bunlar dünya kulinariya təşkilatına adamlarını yerləşdirməklə, öz QHT-lərini ora soxmaqla deyilənə görə 2.9 milyon pul silinib. 2,9 milyon pula dünyanı diz üstə qoymaq olar. Bu, Milli Kulinariya Mərkəzinin 30 illik büdcəsidir. 

Bu işlərin düzəlməsi zaman alacaq. Çünki orda hələ köklü təmizləmələr aparılacaq. Əlbəttə ki, Cənab Prezidentin tapşırığı ilə elə bir komanda quracaq ki, onlar bu işi görəcəklər. Buna inanıram”.

O, bəzi şəxslərin dövlət maraqlarını şəxsi qazanc mənbəyi kimi gördüyünü bildirib:

"Vəzifə qazanc yeri deyil, birinci növbədə bu məsuliyyətvə etibardır. Bunu anlamaq lazımdır. Bir dəfə çağırdılar. Dedim ki, vallah, mən o ofisə getməyə artıq iyrənirəm. Getdik Yazıçılar İttifaqının yuxarısında turizm ofisində oturduq. Sən demə, onlar istəyirlər ki, mən heç bir şey etməyim. Yəni işdən çıxarmaq onların səlahiyyətlərindədir. Amma dünya təşkilatından da məni çıxardılar. Gəlib- gedənlərə mənim haqqımda qərəzli fikirlər deyirdilər. Mənimlə işlərin qarşısını alırdılar. Hərtərəfli düşmənçilik vardı. Amma mən mənbəyini başa düşmürdüm. İndi başa düşürəm ki, bunlar pul silmək və ya hər şeyi ermənilərə vermək istəyirlərmiş. Bilirdilər ki, mən ona qarşı olacağam. Belə başa düşürəm. Bəlkə də səhv edirəm. 

Təəssüf ki, bəzi şəxslər bunu anlamır və dövlətin mənafeyinə uyğun olmayan addımlar atırlar. Milli mətbəximizlə bağlı məsələlərdə erməni tərəfinin mövqeyinin güclənməsinə şərait yaradılıb”.

T.Əmiraslanov bildirib ki, onunla işləyən şəxslər təzyiqlərə məruz qalıb: 

"Mərkəzin əməkdaşları mənimlə görüşə bilmirdilər, hətta yubileyimdə məni təbrik belə edə bilmirdilər. Çünki  bilinsəydi, onlara təzyiq göstəriləcəkdi. 4 il qeyri-müəyyənlik şəraitində yaşamaq mümkün deyil. Bunların xeyri nə dövlətə, nə agentliyimizə, nə nazirliyə, nə xalqa oldu, yalnız ermənilər qazandılar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Mart 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri