Icma.az
close
up
RU
Tahir Kərimli “Qarayev Residence”in rəhbərliyinə müraciət etdi: “Mənzilinizdə kommunal xidmətlərə maneə yaradılsa, hansı həyəcanı keçirərsiniz?”

Tahir Kərimli “Qarayev Residence”in rəhbərliyinə müraciət etdi: “Mənzilinizdə kommunal xidmətlərə maneə yaradılsa, hansı həyəcanı keçirərsiniz?”

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

“Biz tez-tez xarici dövlərdə,  hətta bəyənmədiyimiz Rusiyada belə görürük ki, dövlət əhəmiyyətli böyük yollar çəkilir, amma hansısa vətəndaş öz evinin satılmasından narazı qalaraq köçməyib, yol düz onun evinin ətrafından keçir, mülkiyyətinə toxunmayıblar. Dünyanın bütün yerlərində mülkiyyət müqəddəs sayılır. Xüsusi dövlət əhəmiyyətli işlər zamanı belə evin sökülməsi barədə məhkəmələr qərar verə bilərlər. Bu da o zaman ola bilər ki, qarşı tərəf razılıq versin. Hətta məhkəmələr də vətəndaşların mülkiyyət hüququnu gözləməlidirlər. Eyni zamanda bu, çoxmənzilli binalara da aiddir. Ola bilər, sakinlərin bir çoxu söküntüyə razı olur, digərləri yox. “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-nın Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki sökdüyü binalarla bağlı məhkəmə çəkişmələrini eşitdim. Məhkəmənin yekun qərarı olmadan söküntü işləri aparmaq yolverilməzdir. Əgər vətəndaşların mənzillərinin bərpası ilə bağlı qərarlar veriləcəksə, bu, mütləq həyata keçirilməlidir. Nəyin bahasına olursa-olsun, məhkəmənin qərarı icra olunmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Ümumiyyətlə, xüsusi dövlət əhəmiyyətli işləri çıxmaq şərti ilə heç bir sahibkar, hətta dövlət orqanı vətəndaşların hüquqlarını 1% belə poza bilməz. Hər kəs buna hörmətlə yanaşmalıdır. Necə ola bilir ki, xeyli sayda ev sahibinin mənzili öz razılığı olmadan əlindən alınsın, sökülsün, onlara kompensasiya da kifayət qədər verilməsin. Belə başa düşürəm ki, tək şikayət bu deyil. Həmin sakinlər bildirirlər ki, zəlzələdə belə evləri fəsad görməyib. Belə olan halda nə üçün sakinlərin hüquqları gözlənilməyib, onlara həssas yanaşılmayıb. “Kursus” MTK rəhbərliyini dəvət edirəm ki, vətəndaşların şikayətlərinə həssas yanaşsın, məhkəmə qərarını icra etsin. Özlərini sakinlərin yerinə qoysunlar. Su, qaz, elektrik kəsilsə, kommunal xidmətlərə maneələr yaradılsa, evlərində hansı həyəcanı keçirərlər? Tərəfləri bir-birilərini anlamağa dəvət edirəm ki, məsələ kiçik həcmdə də olsa, sosial partlayışa səbəb olmasın, əhalidə ciddi qarşıdurma və narazılıq yaratmasın”, - o bildirib.

Qeyd: MTK-nın “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilir.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Fevral 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri