Tailand kralının dörd ildir komada olan qızı öldü
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Tailand kralı Maha Vajiralongkornun (X Rama) böyük övladı, şahzadə Phatçara Kittiyapha paytaxt Banqkokda yerləşən Kral Çulalonqkorn Memorial Xəstəxanasında dünyasını dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı kral sarayının dəftərxanası yayıb.
"Tibb personalının mütəmadi və həssas nəzarətinə baxmayaraq, xəstənin vəziyyəti tədricən ağırlaşıb. Nəticədə cümə axşamı yerli vaxtla 19:48-də o, Tailand Qızıl Xaç Cəmiyyətinin Kral Çulalonqkorn Memorial Xəstəxanasında 47 yaşında həyatla vidalaşıb", - deyə açıqlamada qeyd olunub.
Həmçinin vurğulanır ki, şahzadə ürək problemi ilə əlaqədar olaraq 15 dekabr 2022-ci ildən bəri koma vəziyyətində olub və klinikada müalicə alıb.
Xatırladaq ki, Phatçara Kittiyapha 2022-ci ilin dekabrında Naxonratçasima vilayətində təlim keçərkən qəfildən huşunu itirib. Ürək çatışmazlığı diaqnozu ilə hospitalizasiya olunan şahzadə daha sonra Banqkokda yerləşən Kral Çulalonqkorn Memorial Xəstəxanasına köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 12 İyun 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















