Icma.az
close
up
RU
Tailand rəsmisi: COP29dan müsbət nəticələr əldə etməyi səbirsizliklə gözləyirik AZƏRTAC

Tailand rəsmisi: COP29dan müsbət nəticələr əldə etməyi səbirsizliklə gözləyirik AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Tailand iqlim dəyişikliyi və səhiyyə sahəsində çox aydın və məqsədyönlü siyasətə malikdir. Biz həm iqlimi qorumaq, həm də uyğunlaşma prosesini təkmilləşdirmək üzərində çalışırıq. Bununla yanaşı, beynəlxalq dəstək əldə etmək məqsədilə bir çox ölkələrlə əməkdaşlıq etmişik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tailandın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin İqlim Dəyişikliyi və Ətraf Mühit Departamentinin Baş direktoru Firun Saiyasitpanich bildirib.

O vurğulayıb ki, ölkəsi yalnız resurs və imkanlarının yetərli olduğu təşəbbüslərə qoşulmağa çalışır. “Təbii ki, hər hansı bir təşəbbüsə və ya bəyanata qoşulmadan öncə daxili proseslərdən keçməliyik. COP29 konfransı çərçivəsində çox mühüm məqamların şahidi oldum,” – deyə o qeyd edib.

Baş direktor əlavə edib ki, COP29 çərçivəsində nazirlər yeni kollektiv kəmiyyət məqsədlərinə dair müzakirələr aparmaq və konkret nəticələr əldə etmək üçün bir araya gəlirlər: “Bu, bizim irəliləyişimiz, xüsusilə 2035-ci il üçün NDC 3.0 (3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) ilə bağlı hədəflərimizi yüksəltmək baxımından çox vacibdir. COP29-dan müsbət nəticələr əldə etməyi səbirsizliklə gözləyirik”.

Firun Saiyasitpanich Azərbaycanın təbii gözəlliklərini və xalqının qonaqpərvərliyini yüksək qiymətləndirərək bildirib:“Azərbaycan çoxlu təbii sərvətə və faydalı qazıntılara malikdir. Taylandda da faydalı qazıntılarla bağlı genişmiqyaslı biznes və sənaye sahələri mövcuddur. Ola bilər ki, bu, əməkdaşlıq edə biləcəyimiz potensial sahələrdən biridir. Eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı təcrübə və səylərimizi paylaşmaq üçün də əməkdaşlıq imkanlarımız mövcuddur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri