Koreyalı müşahidəçi: COP29dan müsbət nəticələr gözləyirəm
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
"Bakıda təşkil olunan COP29-da iştirak etmək çox gözəl və rahatdır. 2019-cu ildən ayrı-ayrı vaxtlarda iştirak etdiyim son COP tədbirləri ilə müqayisədə bura çox yaxşıdır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında dünyanın 75 ölkəsində 90-a yaxın layihəyə dəstək verən Hans Zaydel Fondunun müşahidəçisi Hyunah Çoi deyib.
Koreya və Azərbaycan arasında yaxşı dostluq əlaqələrinin olduğunu vurğulayan H.Çoi COP29-da maraqlı mövzuların cəmləşdiyini diqqətə çatdırıb: "Mən vətəndaş cəmiyyətinin təşkilatçılarındanam. Burada bizim öz pavilyonumuz var və çox gözəldir. Burada iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərimiz haqqında məlumat verirlər. Bildiyiniz kimi, yay mövsümündə Koreya bir çox ölkələrin də yaşadığı daşqın problemi ilə üzləşdi. Bir çox müşahidəçi kimi mən də COP29-dan müsbət nəticələr gözləyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















