Tişiko Kinq: COP29dan ədalətli nəticələrin əldə olunmasını gözləyirəm AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
“COP29 konfransında bütün insanların, xüsusilə yerli icmaların və Cənub ölkələrinin mənafelərini əks etdirən ədalətli və inklüziv nəticələrin əldə olunmasını gözləyirik. Yerli xalqlar olaraq, bizi əhatə edən məsələlərin çox vaxt beynəlxalq səviyyədə nəzərə alınmaması davam edir. Buna görə də, maliyyə mexanizmləri və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində torpaq, su və təbii resursların hüquqlarını qoruyan yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri COP29 çərçivəsində Avstraliyadan Azərbaycana gəlmiş yerli xalq nümayəndəsi Tişiko Kinq AZƏRTAC-a verdiyi açıqlamada səsləndirib.
Onun sözlərinə görə, konfransda müsbət və əməkdaşlığa söykənən atmosfer hökm sürür: “İştirakçılar öz dövlətlərinin maraqlarını təmin etməyə çalışmaqla yanaşı, qlobal ədalət prinsiplərinə də önəm verirlər. Konfransın ikinci həftəsində adaptasiya və ədalətli keçid prosesini dəstəkləyən praktiki qərarların qəbul edilməsi vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Noyabr 2024 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















