Tailand səyahət edən şəxslərə vergi tətbiq edə bilər
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tailand rəsmiləri ölkəni hava yolu ilə tərk edən şəxslər üçün ölkədən çıxış vergisi tətbiq etməyi nəzərdən keçirirlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Nation” nəşri qanun layihəsinə istinadən məlumat yayıb.
Təklif olunan vergi, bəzi xüsusi kateqoriyaya aid şəxslər istisna olmaqla, həm Tailand sakinlərinə, həm də əcnəbilərə şamil ediləcək. İlkin mərhələdə hər çıxış üçün vergi dərəcəsi 1000 baht (30 ABŞ dolları) müəyyən edilib, lakin gələcəkdə bu məbləğ 5000 bahta (150 ABŞ dolları) qədər arta bilər.
Əvvəlcə vergi yalnız təyyarə ilə Tailanddan çıxan səyahətçilərə tətbiq olunacaq. Bununla belə, gələcəkdə bu tədbirin quru və dəniz yolu ilə çıxışlara da şamil edilməsi planlaşdırılır.
Baxış sayı:98
Bu xəbər 07 Oktyabr 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















