Takeşi İvaya Kiyevə qəfil səfər edib
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın Xarici işlər nazırı Takeşi İvaya Polşa üzərindən qatarla Ukraynaya gəlib. Səfərin elan olunmadığı bildirilir.
Reyting.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bu gün Takeşi İvayanın ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşü gözlənilir. Prezident Vladimir Zelenski ilə danışıqlar da baş tuta bilər. Tokio və Kiyev kəşfiyyat sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Qeyd edək ki, bu, İvayanın oktyabrın 1-də Yaponiyanın Xarici işlər naziri təyin edilməsindən sonra Ukraynaya ilk səfəridir.
E. KAMAL
Baxış sayı:73
Bu xəbər 16 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















