Icma.az
close
up
RU
Taksi sürücüləri çətin vəziyyətdə: “Onsuz da zorla dolanırıq, bu qədər cərimələrlə vətəndaşı yükləmək nəyə lazımdır?”

Taksi sürücüləri çətin vəziyyətdə: “Onsuz da zorla dolanırıq, bu qədər cərimələrlə vətəndaşı yükləmək nəyə lazımdır?”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bakıda çəkilmiş avtobus zolaqları əvvəllər ictimai nəqliyyatda tıxacda qalan vətəndaşların işini xeyli asanlaşdırıb. İşə, evə və başqa yerlərə gedən sərnişinlər indi mənzil başına daha tez çata bilirlər.

Hərçənd, Bakıda ictimai nəqliyyat əhalinin sayına adekvat deyil. Bu səbəbdən xüsusən səhər və axşam pik saatlarda sıxlıq olur, insanlar nəqliyyatla bağlı çətinlik çəkir. Bundan başqa, nisbətən gec saatlarda işdən qayıdanlar avtobus tapmaqla bağlı problem yaşayır.

Avtobus zolaqlarının müsbət tərəfi olsa da, paytaxtdakı tıxacı daha da ağırlaşdırıb. Üstəlik, taksi sürücüləri də bu zolaqlarla əlaqədar problemlərlə üzləşdiklərini deyirlər.

Bakı sakini Təbriz Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında gileylənir ki, müvafiq dövlət strukturları qərar verəndə əhalinin bütün qruplarını nəzərə almır. Onun sözlərinə görə, avtobus və velosiped zolaqları çəkilərkən birtərəfli qərar verilir:

“Zolaqları çəkəndə nəzərə almırlar ki, taksi sürücüləri sərnişinləri necə götürüb-düşürəcək? Sərnişini götürmək üçün zolağa girirsən, 100 manat cərimələnirsən. Zolağın yanındakı ikinci cərgədə bir dəqiqəlik saxlayırsan, yenə cərimələnirsən. Bəs bu taksi sürücüsü yazıq neyləsin? Yasamalda Şərifzadə küçəsində yol boyu obyektlər, iş yerləridir. Hər yerdə də avtobus zolağı, mən necə eləyim? Yaxud da “Beşmərtəbə”nin altından “28 May”a gedən yolda – Qış parkına paralel velosiped zolağı çəkilib. Orada böyük bir otel var, əcnəbi sərnişini gətirib düşürmək istədim, bilmədim ki, harada saxlayım. Velosiped yolunda saxlasam, cərimələnəcəm, saxlamasam da, adamı necə düşürüm? Bakıya gələn turistə necə deyim ki, burada saxlaya bilmərəm, cərimələyəcəklər?”

Sürücü qeyd edib ki, avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatdan istifadə edənlər üçün müsbət hal olsa da, taksi sürücüləri üçün cərimə mənbəyidir: “Onsuz da maddi vəziyyətimiz pisdir, ailəmizə gündəlik çörəkpulunu zorla aparırıq. Bu qədər cərimələrlə vətəndaşı yükləmək nəyə lazımdır?”

Bəzi ekspertlər təklif edir ki, lisenziyası olan taksilərə də avtobus zolaqlarından istifadə etməyə şərait yaradılsın. Yaxud da ən azı, sərnişinləri götürüb-düşürməyə imkan verilsin. Çünki taksinin özü də mahiyyət etibarilə ictimai nəqliyyatdır:

“Bakıda onminlərlə taksi sürücüsü var, onları bu cür problemlərlə üz-üzə qoymaq doğru deyil”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, taksilərin avtobus zolaqlarından qısamüddətli istifadəsi belə, müzakirə mövzusu deyil. Taksi sürücülərinə isə tövsiyə ediblər ki, sərnişinləri parklanma yerlərində götürüb-düşürsünlər. Avtobus zolaqlarının çəkildiyi küçələrdə yolboyu obyektlər və s. qurumlara gedib-gələnlərin taksidən istifadəsinə gəlincə, AYNA-dan belə deyilib: “Küçə boyu yerləşən obyektlərə arxa küçələrdən yan almaq mümkündür”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Dekabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri