Bu, onsuz mümkün olmazdı
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Barselona" və İspaniya yığmasının yarımmüdafiəçisi Pedri UEFA Millətlər Liqasının 1/4 finalında Niderland yığması üzərində cavab oyunundakı (3:3, 5:4) qələbəni şərh edib.
QOL.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına açıqlamada bildirib ki, qapıçı Unai Simonsuz növbəti mərhələyə keçid mümkün olmazdı:
"Bu, Unay olmadan mümkün olmazdı, çünki o, hər zaman bir və ya iki əhəmiyyətli qurtuluş edir. Çətin oyun idi. Niderlandlar möhtəşəm komandadır, yaxşı futbol oynayırlar və həmişə topa sahib olmağa çalışırlar. Biz yaxşı başladıq, amma hər dəfə irəlilədikdə, onlar hesabı bərabərləşdirirdilər. Nəhayət, penalti zərbələrinə çatdıq, amma bizdə Unay var".
Qeyd edək ki, İspaniya millisi sözügedən turnirin yarımfinalında Fransa ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















