Icma.az
close
up
RU

Taksi sürücüsünə qarşı quldurluq edən şəxs qərardan narazıdır

Ağdaşda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Araz Yusibovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 19-na təyin edilib.

Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd: Hadisə 13 yanvar 2024-cü il tarixdə qeydə alınıb. Belə ki, Araz Yusibov taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmişin avtomobilinə müştəri kimi əyləşərək Yevlax rayonundan Ağdaşa gəlib. Deyilən ünvana çatdıqda isə kəsici alətlə sürücüyə hədə-qorxu gələrək onun üzərində olan 154 manat pulunu quldurluq yolu ilə ələ keçirib. Daha sonra o, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araz Yusibova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri