Icma.az
close
up
RU
Bakıda qadını boğaraq öldürən şəxs qərardan narazıdır

Bakıda qadını boğaraq öldürən şəxs qərardan narazıdır

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda qətl törətməkdə təqsirləndirilən Səbuhi Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
 

Qeyd: 2023-cü il avqustun 24-də Suraxanı Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gələn 1986-cı il təvəllüdlü Səbuhi Hüseynov Könül adlı qadını öldürdüyünü bildirib. Məlumat əsasında dərhal əraziyə gedən polis əməkdaşları Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 29, mənzil 3 ünvanında döşəmədə uzanıqlı vəziyyətdə 1977-ci il təvəllüdlü Könül Cəfərovanın cansız bədənini aşkar ediblər. Məhkəmə-tibbi ekspertizası Könül Cəfərovanın boğularaq öldürüldüyünü müəyyən edib. Səbuhi Hüseynov istintaqa verdiyi ifadəsində Könül Cəfərova ilə təxminən 5-6 il əvvəl barda tanış olduğunu bildirib. 2023-cü ilin yayında qadın hadisə baş verən ünvana köçüb. Həmin mənzildə dəfələrlə onunla intim münasibətdə olub. Qadın tək yaşayıb, onun qızı Türkiyədə olub. Səbuhi Hüseynov Könülün daim 15 manat müqabilində görüşdüyünü bildiyindən avqustun 23-də onunla yaşadığı məhəllədə görüşüb, ona 50 manat pul verib. Qadın axşam gələndə onun 35 manat pulunu qaytaracağını söyləsə də, S.Hüseynov sərxoş olduğundan Könülün yanına getməyib. Növbəti gün saat 21:00 radələrində həyətdə qadınla görüşüb, birlikdə evə daxil olublar. 35 manat pulunu istəyəndə Könül onun ünvanına nalayiq ifadələr işlədib, pulunun olmadığını bildirib. O, kafeyə borcu olduğunu, heç olmasa 20 manat verməsini xahiş etsə də, qadın yenə pulu olmadığını deyib və onunla söhbət edə-edə paltarlarını tam soyunub. Səbuhi Hüseynov ünvanına işlədilən söyüşlərdən hiddətlənərək Könülə arxadan yaxınlaşıb və təxminə 2-3 dəqiqə ərzində onu boğub. Qadın əvvəl əl-qol atsa da, sonradan səsi kəsilib. Könülü olduğu kimi çılpaq vəziyyətdə özünün yerə sərdiyi döşəyin üzərinə uzadıb. Sonra açarla qapını arxadan bağlayaraq həyətə düşüb. Oğluna zəng edib, adam öldürdüyünü deyib. Bundan sonra yaşadığı evə gedib, törətdiyi cinayəti ata-anasına danışıb. Oradan isə çıxıb 30-cu şöbəyə yollanıb və növbətçiyə hadisə barədə məlumat verib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri