Taksi sürücüsünün avtomobilini qaçırdı Postda TUTULDU
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb.
Araşdırmalarla məlum olub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkənin müştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildən uzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib.
Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonuna doğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postların birində saxlayıblar. Onun davranış və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb.
Müayinə nəticəsində İ.Papaxovun narkotik vasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Mart 2026 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















