Icma.az
close
up
RU
Taksidə milli istehsal olan avtomobillərə keçilə bilərmi? AÇIQLAMA

Taksidə milli istehsal olan avtomobillərə keçilə bilərmi? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Ötən gün Rusiya prezidenti Vladimir Putin Samara vilayətinin Tolyatti şəhərində “AvtoVAZ” istehsalat sahəsinə səfəri zamanı etdiyi çıxışda ölkədə taksi uçun avtomobillərin yerli istehsal olmasını daha məqsədəuyğun saydığını deyib.

Bəs Azərbaycanda da milli istehsal olan avtomobillərin taksi üçün istifadəsinə keçilə bilərmi?

Məsələ ilə bağlı Avtosfer.az-ın suallarını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb. Bildirib ki, bu proses bir çox ölkələrdə sözügedən formada tənzimlənir. Adətən yerli istehsalı stimullaşdırmaq üçün bu addımlar atılır:

“Azərbaycanda isə yerli istehsal bir o qədər də inkişaf etməyib. Çünki hazırda respublikamızda istehsal olunan avtomobillərin demək olar ki, 90 faizdən çoxu başqa ölkələrlə müştərək yığılan avtomobillərdir. Bu, əslində yerli istehsal sayılmır. Sadəcə, Azərbaycanda istehsal olunduğuna, yığıldığına görə bu istiqamətdə bəzi stimullaşıdrıcı addamılar atılır”.

Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, Hacıqabulda istehsal olunan avtomobillərin böyük əksəriyyəti taksiyə cəlb olunub. Ancaq təəssüf ki, onlar benzinlə işləyən avtomobillərdir və bu da taksidəki mövcud qiymətlərin aşağı olması səbəbindən sürücülərə sərf etmir. Onlar bu maşını alıb sonradan qaz balonu quraşdırırlar ki, bu da başqa fəsadlar yaradır:

“Amma ümumilikdə bu addımı atan ölkələrdə yerli istehsal var və avtomobillərin satışı üçün də bu kimi tədbirlər görülür. Sərfəli olsun deyə daha ucuz komplektasiyalı avtomobillər sırf taksi üçün yığılır. Sürücülərə də bu sərf etdiyi üçün həmin avtomobillərdən alıb istifadə edirlər. Bu da çox normaldır”.

E.Muradlının fikrincə, hazırda Azərbaycanda bu addımı atmaq real deyil:

“Çünki bir müddət əvvəl yerli istehsal “Chevrolet Coblat”lara maraq artmışdı və sürücülər onu alıb istifadə edirdilər. Amma bu gün aydın görünür ki, proses 180 dərəcə dəyişib. Yəni bu gün taksi kimi əsas maraq Çin istehsalı olan hibrid və elektrikli avtomobillərə yönəlib. Bazarda da daha çox onlar satılır”.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri