Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Taksidə SİMA proqramının tətbiqi nə qədər effektivdir? AÇIQLAMA FOTO

Taksidə SİMA proqramının tətbiqi nə qədər effektivdir? AÇIQLAMA FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda taksi xidmətlərində sərnişin təhlükəsizliyinin təmin olunması məqsədilə innovativ texnologiyaların tətbiqi genişlənir. Bu istiqamətdə SİMA rəqəmsal identifikasiya sisteminin istifadəsi sürücünün şəxsiyyətinin dəqiqləşdirilməsi baxımından vacib addım hesab olunur.

SİMA üz tanıma texnologiyası ilə sürücünün qeydiyyatdan keçmiş şəxs olduğunu təsdiqləyir və bu, qeyri-peşəkar, qeydiyyatsız sürücülərin xidmət göstərməsinin qarşısını almağa kömək edir. Sistem eyni zamanda fəaliyyət göstərən sürücülər üçün əlavə maneə yaratmır, əksinə, xidmətin şəffaflığını artırır.

Bəs, bu texnologiya sayəsində taksi xidmətində təhlükəsizliyi tam təmin etmək mümkün olacaqmı? Yoxsa, tətbiqdən sonra da taksi fəaliyyətinə nəzarətdə yenə də müəyyən boşluqların şahidi olacağıq?

Mövzu ilə bağlı sabiq deputat İltizam Yusifov Avtosfer.az-a açıqlamasında bildirib ki, əsas problemlərdən biri budur ki, bir neçə avtomobil eyni şəxs tərəfindən qeydiyyatdan keçirilə bilər:


“Bu isə real nəzarətdə çətinlik yaradır. Gələcəkdə texniki baxımdan bu məsələni həll etmək mümkündür.

Hazırda şəhərdə çoxlu sayda nömrə tanıma kameraları mövcuddur. Bu sistemlər SİMA ilə inteqrasiya olunsa, avtomobil hər hansı bir nöqtədən keçəndə dərhal siqnal göndərilə və sürücünün şəxsiyyəti təsdiqlənə bilər. Beləliklə, sürücünün həqiqətən həmin anda sükan arxasında olub-olmadığı müəyyənləşdirilər.

“Bolt”, “Yango” kimi platformalarda sürücülərə tətbiq vasitəsilə həftədə bir dəfə selfi çəkmə tələbi qoyulur. Amma bu üsul effektiv deyil, çünki saxtakarlıq mümkündür. Başqa bir şəxs selfi çəkib göndərə bilər. SİMA isə daha effektivdir, lakin hələ Boltla rəsmi inteqrasiya yoxdur.

SİMA ayrıca sistem kimi fəaliyyət göstərir. Gələcəkdə bu sistem gün ərzində bir neçə dəfə siqnal göndərməklə sürücünün yerində olub-olmadığını yoxlaya bilər. Əgər sürücü cavab verməzsə, profili və ya xidməti deaktiv oluna bilər.

Bu texniki məsələlərdir və gələcəkdə reallaşdırılması mümkündür. Mövcud kameralar vasitəsilə avtomobilin və nömrənin dərhal tanınması mümkündür. Bu isə SİMA ilə birlikdə qarşılıqlı işləyən bir sistemin formalaşmasına şərait yarada bilər”.

Deputat əlavə olaraq qeyd edib ki, SİMA bu mərhələdə uğurlu hesab edilə bilər, lakin boşluqların aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır:
“Əsas hədəf sürücünün və avtomobilin yerində olub-olmadığını dəqiq müəyyənləşdirməkdir.

Bununla yanaşı, bütün dünyada sürücülük xidmətlərinin müəyyən iş saatı çərçivəsində fəaliyyət göstərməsi nəzərdə tutulur. Azərbaycanda isə bu, hələ tam tənzimlənməyib və sürücülər bəzən 18-20 saat işləyirlər ki, bu da təhlükəsizlik baxımından qəbuledilməzdir. Beynəlxalq yükdaşımalarda olduğu kimi, iş saatı məhdudiyyəti tətbiq olunmalıdır.

Ən vacib məsələ, təhlükəsizlikdir. Sürücü qeydiyyatdan keçibsə, sükan arxasında da özü olmalıdır. Hazırkı texnologiyalarla, bu, artıq mümkündür və gələcəkdə daha da təkmilləşdirilə bilər.

Taksi xidmətində SİMA tətbiqinin istifadəsi müsbət haldır. Burada əsas məqsəd sərnişinlərin təhlükəsizliyinin təmin olunmasıdır. Bu xidmət nümunəvi olmalı və ölkə daxilində sərnişin daşımanın əhəmiyyətini nəzərə alaraq, təhlükəsizlik yüksək səviyyədə təşkil edilməlidir.

Taksi xidməti lisenziyalaşdırılmış bir sahədir. Burada yalnız xüsusi qeydiyyatdan keçmiş, tələb olunan meyarlara cavab verən təcrübəli sürücülər fəaliyyət göstərməlidir. Bu prosesin tələblərinə cavab verməyən, qeyri-peşəkar şəxslərin sahəyə daxil olmasının qarşısını almaq baxımından SİMA tətbiqi vacib addımdır və bu, təqdirəlayiqdir”.
İltizam Yusifov sonda qeyd edib ki, SİMA üz tanıma texnologiyasına əsaslanan rəqəmsal imzadır:

“Bu tətbiq taksi sürücülərinin fəaliyyətinə heç bir maneə yaratmır. Əsas tələb qeydiyyatdan keçmiş sürücünün özü olmasıdır. Bu da xidmətin keyfiyyətinə və sərnişin təhlükəsizliyinə birbaşa təsir edir.

Bu tətbiq həm vacib, həm də gərəklidir. Heç bir narazılıq yaratmamalıdır, çünki burada əsas məsələ sərnişinin təhlükəsizliyidir”.

Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, SİMA proqramı ilə taksi sürücülərinin nəzarətə alınması bir neçə aydır tətbiq olunur:

Avtosfer.az" src="https://avtosfer.az/upload/news/1419658.jpeg" style="height:448px; width:800px" />
“Bu sistemin hazırlanmasına səbəb Heydər Əliyev prospektində baş verən ağır taksi qəzası oldu. Əvvəllər də bu sahədə şikayətlər vardı. Bir avtomobil qeydiyyatdan keçsə də xidmətə başqa avtomobil çıxır, sürücülər dəyişirdi.

“Bolt” kimi şirkətlər artıq sürücülərdən müəyyən aralıqlarla selfi tələb edirdilər. İndi isə AYNA bu prosesi daha təkmilləşdirərək bütün platformalara tətbiq edib. Sürücü dəyişərsə, sistem həmin profili bloklayacaq və o şəxs digər platformalarda da fəaliyyət göstərə bilməyəcək”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyul 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri