Bakıda “Bolt” taksidə İLAN QALMAQALI Şirkətdən AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda “Bolt” taksi şirkətinin sürücüsü müştərinin sifariş zamanı təxminən 2 metr uzunluğunda ilanla avtomobilə gəlməsinə etiraz edib. İlanı gördükdən sonra sifarişi yerinə yetirməkdən imtina edən sürücünün sözlərinə görə, müştərinin şikayətindən sonra onun profili bloklanıb.
Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq “Bolt” şirkətindən bildirildi ki, hazırda “Bolt Azərbaycan” tətbiqində ev heyvanları ilə səfərlər üçün ayrıca kateqoriya mövcud deyil:
“Bununla belə, sürücü ev heyvanının daşınmasını qəbul etdiyi halda, sərnişin onunla birlikdə səfər edə bilər. Ev heyvanlarının daşınması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməli, sərnişinlərə isə bunu əvvəlcədən sürücü ilə razılaşdırmaları tövsiyə olunur. Bu yanaşma həm təhlükəsizliyin və avtomobilin təmizliyinin qorunmasına, həm də səfərin hər iki tərəf üçün daha rahat keçməsinə kömək edir”.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















