Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Taksilər avtobus zolağına buraxılarsa: Tıxac azalacq?

Taksilər avtobus zolağına buraxılarsa: Tıxac azalacq?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. 

Hesab edirəm ki, bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaq". 

Bunu Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov çıxışında deyib. O, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilərin ictimai nəqliyyat vasitəsi sayıldığını və beynəlxalq təcrübədə bu modelin geniş şəkildə tətbiq olunduğunu qeyd edib. Deputat qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətlərində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalı olduğunu da əlavə edib. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu mövzu bir qədər mübahisəlidir və onun həm müsbət, həm də mənfi tərəflərinə diqqətlə yanaşılmalıdır: 

“Məsələ geniş və dərin təhlil tələb edir. Avtobus zolaqları adından da göründüyü kimi, ictimai nəqliyyatın, xüsusən də avtobusların sərbəst və fasiləsiz hərəkəti üçün nəzərdə tutulub. Məqsəd ondan ibarətdir ki, ictimai nəqliyyatın avtobus seqmentindən istifadə edən vətəndaşlar vaxtında mənzil başına çata bilsinlər. 

Əgər taksilərin avtobus zolaqlarına buraxılmasına icazə verilsə, burada bir sıra ciddi risklər yarana bilər. Ən əsas risk avtobusların üstünlüyünü itirməsidir. Avtobus zolağı ictimai nəqliyyat sistemində əsas hərəkət cığırıdır. 

Əgər bu zolağa çoxlu sayda taksi buraxılarsa, avtobusların sürəti azalacaq, avtobuslar arasındakı intervallar uzanacaq və nəticədə vətəndaşların mənzil başına çatma müddəti artacaq. Bu isə minlərlə sərnişinin cəmi 1–2 nəfər daşıyan taksilərə uduzması deməkdir. Bu, məsələnin ən riskli tərəflərindən biridir”. 

Onun sözlərinə görə, digər bir risk isə taksi adı altında xaosun yaranmasıdır: 

“Hazırda qeyri-leqal fəaliyyət göstərən, rəsmi taksi olmayan sürücülər var. Əgər avtobus zolağından istifadə hüququ verilərsə, bu şəxslər də özlərini taksi kimi təqdim edə bilərlər. Nəticədə avtobus zolağı faktiki olaraq ikinci bir ümumi hərəkət zolağına çevrilər. 

Bundan əlavə, yol təhlükəsizliyi riski də arta bilər. Taksilərin tez-tez sağa-sola manevr etməsi qaçılmazdır. Bu isə həm avtobus sürücüləri, həm də piyadalar üçün əlavə təhlükə yarada bilər. Məhz bu səbəbdən məsələnin düzgün modeli tapılmalıdır. 

Əgər müvafiq qurumlar taksilərin avtobus zolağında hərəkətinə icazə verməyi qərara alsalar, bu ciddi şərtlərlə tənzimlənməlidir. Yalnız rəsmi lisenziyalı taksilər avtobus zolağından istifadə edə bilməlidir. Bakı şəhərində istismar olunan vahid rəngli qırmızı və ağ taksilər xüsusi nişanla təmin edilməlidir. 

Taksilərin elektron qeydiyyatı olmalıdır ki, yol polisi və digər müvafiq qurumlar bunun rəsmi taksi olduğunu dərhal müəyyən edə bilsin. Eyni zamanda, vaxt məhdudiyyətləri də tətbiq edilə bilər. Məsələn, pik saatlarda səhər saat 08:00–09:00 və axşam saat 17:00–18:00 aralığında taksilərin avtobus zolağına daxil olması qadağan edilə bilər.

Avtobus zolağında hər zaman üstünlük avtobuslara məxsus olmalıdır və taksilər avtobusları heç bir halda ötə bilməməlidir. Avtobus dayanacaqlarında taksilərin dayanması qəti qadağan olunmalıdır”. 

Ekspert qeyd edib ki, bu proses ciddi nəzarət altında həyata keçirilməlidir: 

“Qaydaları pozan sürücülərin avtobus zolağından istifadə icazəsi dərhal ləğv edilməlidir. Məhz bu cür tənzimləmələr aparılmadan qərar vermək düzgün olmaz. Hesab edirəm ki, ilk növbədə avtobus sistemi ideal vəziyyətə gətirilməli, yalnız bundan sonra taksilərlə bağlı əlavə addımlar atılmalıdır. 

Bununla yanaşı, məsələni taksilər baxımından müsbət tərəfdən qiymətləndirsək, bu addım taksi xidmətinin sürətlənməsinə səbəb ola bilər. Şəhərdaxili məsafələr daha rahat qət edilə bilər. 

Eyni zamanda, şəxsi avtomobildən istifadə edənlərin sayı da azala bilər. İnsanlar taksilərin avtobus zolağında hərəkət etdiyini görərək şəxsi avtomobildən imtina edib taksi xidmətinə üstünlük verə bilərlər”. 

Gülər Həsənli 
“Cebheinfo.az” 

Açar sözlər: Taksilər Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri