Icma.az
close
up
RU
Uçan taksilər: Bakının tıxac problemini həll edə bilər?

Uçan taksilər: Bakının tıxac problemini həll edə bilər?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Mülki Aviasiya Administrasiyası artıq pilotsuz uçuş aparatlarının fəaliyyətinə sertifikat verəcək. 

Bu, Çində ilk dəfə dronlarda sərnişin (uçan taksi) daşınması deməkdir.

Uçuş fəaliyyəti sertifikatı alan bu dronlar (eVTOL - elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalıdır.“EH216-S” uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVTOL-udur.“EH216-S” 16 elektrik mühərriki ilə təmin olunub, iki sərnişinlik tutumu var. Yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir.
Onun maksimum yük götürmə qabiliyyəti 220 kiloqram, sürəti saatda 100 kilometr, uçuş müddəti isə 21 dəqiqədir. Dron bu müddətdə 35 kilometr məsafə qət edə bilir.

Bu dronlar 60 mindən çox təhlükəsiz sınaq uçuşu həyata keçirib. Bunlardan şəhər nəqliyyatında, turizm sektorunda, logistikada istifadə olunacaq.

İlkin mərhələdə Çinin Quançjou və Hefey şəhərlərində sərnişinlər bilet alaraq uçan avtomobillərin xidmətindən istifadə edə biləcək.

Bəs bu texnologiyanın Bakıda və digər iri şəhərlərdə tətbiqi mümkün ola bilərmi? Bunun üçün hansı infrastruktur və tənzimləmə mexanizmləri tələb olunur? Belə uçan avtomobillərin Bakı kimi şəhərlərdə tətbiqi tıxac problemini həll edə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycan da dünyanın bir parçasıdır və xüsusən də nəqliyyat sektorunda bizim ölkəmiz regionda inkişaf etmiş ölkələr sırasındadır. Onun sözlərinə görə, sadəcə bunun üçün qanunvericilikdə müəyyən tənzimləmələr edilməlidir:

“Nəqliyyat sektorunda texnologiyalar sürətlə inkişaf edir. Artıq Çində, Birləşmiş Ərəb Əmirliklərində, Avropa İttifaqının bir sıra ölkələrində və Birləşmiş Ştatların bəzi ştatlarında uçan taksilər və uçan avtomobillər fəaliyyət göstərir.

Bu nəqliyyat vasitələrindən istifadə müəyyən sertifikatlaşdırma və lisenziyalaşdırma qaydalarına əsasən mümkündür. Belə nəqliyyat vasitələrinin həm turizm, həm də digər sahələrdə istifadəsi daha əlverişlidir. Gec-tez Azərbaycanda da bu tətbiq olunacaq. Çünki Azərbaycan da qlobal dünyanın bir hissəsidir və xüsusilə nəqliyyat sektoru baxımından regionda inkişaf etmiş ölkələr sırasında yer alır.
Lakin bu prosesin həyata keçirilməsi üçün ilk növbədə qanunvericilikdə müvafiq tənzimləmələr aparılmalıdır. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslər, demək olar ki, helikopter pilotları səviyyəsində hazırlıq keçməlidirlər”.

O qeyd edib ki, Bakı üçün hələ belə nəqliyyat vasitələrinin istifadəsi bir qədər tezdir: 

“Adətən, belə layihələr ilkin mərhələdə pilot layihə kimi həyata keçirilir. Məsələn, əvvəlcə müəyyən bir şəhərdə sınaqdan keçirilir, uğurlu və effektiv olarsa, digər şəhərlərdə tətbiq edilir.

Bakı üçün bu nəqliyyat vasitələrinin istifadəsi bir qədər tezdir. Çünki mövcud infrastruktur baxımından bunu dərhal həyata keçirmək real görünmür.
Lakin digər şəhərlərimizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə bu texnologiyadan pilot layihə kimi istifadə etmək mümkündür.
Məsələn, Şərqi Zəngəzur ərazisində pilot layihə kimi uçan nəqliyyat vasitələrindən istifadə etmək olar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Uçan taksilər tıxac

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri