Taleh Kazımov: Əhalinin banklarda olan əmanətlərinin həcmində rekord göstərici qeydə alınıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 noyabr, AZƏRTAC
Cari ilin doqquz ayında əhalinin banklarda olan əmanətləri 10 faiz və ya 1,3 milyard manat artaraq 13,8 milyard manatı üstələyib ki, bu da rekord göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, son illər ərzində xarici valyutada əmanətlərin ümumi əmanət portfelində payı azalıb.
“Bu da de-dollarlaşma prosesinin göstəricisidir. Belə ki, 2021-ci ilin sonuna əmanət portfelində xarici valyutada əmanətlər 41,7 faiz təşkil etdiyi halda, 2024-cü ilin oktyabrında bu göstərici 34 faiz olub. Ötən ilin eyni dövrünə nəzərən doqquz ayda sığorta haqları 9,4 dörd faiz artaraq 1 milyard manatı üstələyib, sığorta ödənişləri isə 38,2 faiz artaraq 554 milyon manat təşkil edib”, - deyə Taleh Kazımov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Noyabr 2024 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















