Icma.az
close
up
RU
Taleh Şahsuvarlı İTV ni hansı modeldə görür?

Taleh Şahsuvarlı İTV ni hansı modeldə görür?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

İTV baş direktorluğuna namizəd Taleh Şahsuvarlı sosial şəbəkədə öz platformasını açıqlayıb. Qaynarinfo "Azərbaycanlı missiyası İTV-yə necə daşınmalıdır?" adlı bu yazını oxucularına təqdim edir:

""İctimai yayım" Azərbaycanda uzun illər ancaq "televiziya və radio kanalı” kimi qəbul edilib. Yayım xidmətinin hətta bir zamanlar başqa media quruluşundan idarə olunması barədə iddialar da səslənib. Nəticədə qurum "mexaniki idarəetmə” məntiqi ilə öz əsas missiyasından uzaqlaşıb. Keçmişi təftiş etmək istəmirəm. Fəqət indi dünya da dəyişib, Azərbaycan da. İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra yeni milli hədəflərimiz formalaşır. Azərbaycan Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin orta gücünə çevrilir. Bütün bunlar qəti şəkildə sövq edir ki, Azərbaycanın ictimai düşüncə müəssisəsinin aynası olmalı olan efirlə "menecer” kimi təqdim olunan, torpağın hənirini duymamış, milli tərəqqi prosesinin paradiqmalarını mənimsəməmiş, dövlətçilik ənənələrimizin məğzini dərk etməyən, ictimai şüurun tarixi hafizəsi ilə müasir dinamikası arasında balans qurmaq imkanından məhrum olan tiplər arasındakı kəskin ziddiyyətlər palazın altına qoyulmasın. Çünki biz indi başqa bir savaşın- qlobal informasiya müharibəsinin içindəyik. Reallıqlar bizi tamamilə fərqli parametrlərə- strateji düşüncəyə, ideoloji hazırlığa və milli kommunikasiya modelinə uyğunluğa- baxmağa vadar edir. Əlahəzrət zamanın bu gün bizə əsas tapşırığı bir televiziyanı sıradan kadr resursları mütəxəssisi, yaxud hansısa xarici ölkə universitetindən sertifikat almış "peşəkar mühasib” kimi idarə etmək deyil.

Əsas sual budur: rəqəmsal informasiya savaşlarının yeni mərhələsində Azərbaycanlı missiyası İctimai teleradioya necə daşınacaq? Bu sual İctimai yayımı dövlətin strateji kommunikasiya platforması, milli düşüncə məkanı və informasiya təhlükəsizliyi institutu kimi nəzərdən keçirməyin aktuallığını üzə çıxarır. Bəs, bu aktuallıq qarşısında "Düşünən Azərbaycanlı” kimdir? Müəyyən bir tərif verməli olsaq, "DÜŞÜNƏN AZƏRBAYCANLI- öz vətəninə, xalqına, dövlətinə güclü aidiyyət bağı olan, milli maraqları düzgün ayırd edə bilən, rəqəmsal manipulyasiyaların təsirinə düşməyən, dünyanı anlayan, analitik düşünən, texnologiya ilə işləməyi bacaran, Azərbaycanı sivil dünyanın bir parçası olaraq görən, sekulyar baxış və hüquq şüuru ilə tərəqqi prosesinə töhfə verən insan modelidir. O, həm də Azərbaycanın yeni vətəndaş obrazıdır. İctimai yayım məhz bu obraza fokuslanaraq yeni mərhələyə keçməlidir. 

Gəlin, səmimi, obyektiv və rasional düşünək: Azərbaycan insanı çağımızın informasiya xaosu içində öz ictimai yayımından intellektual dəstək almasa, onun vətəndaş oriyentasiyası kənar ideoloji təzyiqlərə nə qədər davam gətirəcək?  

Ona görə də, mən İctimai teleradionun baş direktorluğuna namizəd olaraq: 

✅ Təkcə efir yox- ictimai düşüncə məkanı; 

✅ Sensasiya yox- analitik baxış; 

✅  Populizm yox- dövlətçilik məsuliyyəti; 

✅ Kütlə psixologiyası yox- ictimai intellekt;

✅ Formal yayım yox- Azərbaycanlı missiyası üzərində düşünməyi təklif edirəm. 

İctimai yayım bazar televiziyası deyil. Heç ticarət şirkəti də deyil. Onun əsas məqsədi ictimai rəyin keyfiyyətini yüksəltməkdir. Bu keyfiyyət yüksəlişinə: 

⬆️ Milli kimliyin, Azərbaycan dövlətçiliyinin tarixi və strateji məzmununun təqdimatı;

⬆️ Elmi populyarlaşdıran, çağdaş dünyagörüşü təşviq edən maarifləndirici layihələr;

⬆️ Süni intellekt, texnologiya, informasiya təhlükəsizliyi və media savadlılığı mövzularının işıqlandırılması;

⬆️ İctimai müxtəlifliyin balanslı təmsilçiliyi;

⬆️ Analitik verilişlər, yeni nəsil sənədli filmlər və digər intellektual kontent vasitəsilə nail olunacaq. 

Bu missiyanın ikinci istiqaməti isə, mənim konseptual baxışıma görə, efir mədəniyyətidir.

İctimai yayım cəmiyyətin zövqünü formalaşdıran əsas platformadır. Tamaşaçının gözü və qulağı efirdə dincəlməli, amma düşüncəsi koralmamalıdır. Aqressiv, yaxud yekcins müzakirələr, səviyyəsiz səhər, populist axşam söhbətləri ictimai yayım modelinə uyğun deyil. İTV mənim nəzərimdə peşəkar üslubun və müasir estetik düşüncənin qovşağıdır. 

Üçüncü istiqamət rəqəmsal transformasiyadır.

Yeni nəsil cihazlar klassik televizor baxışını böyük ölçüdə sosial platformalara köçürüb. İTV auditoriyasını yalnız klassik cihazlar vasitəsi ilə müəyyənləşdirə bilməz. Rəqəmsal yayım, süni intellekt alətləri, data analitikası və sosial platformalar ictimai yayımın əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək. İctimai yayımın həm texnoloji, həm də intellektual resursları sayəsində Azərbaycan cəmiyyətinin ictimai şüuru istənilən basqı qarşısına hazır çıxacaq.  

Bütün bunlar bir daha təşviq edir ki, diqqətimiz bu günlərdə mediada tez-tez başlığa çıxarılan "İTV-nin yeni rəhbəri kim olacaq" sualından ötəyə köklənsin. 

Əzizlərim, bəlkə, sualı belə qoyaq: İctimai Televiziya hansı missiyanın güzgüsü olacaq? 

Mən öz  namizədliyimi irəl sürməklə, əslində, bu suala cavabımı təklif etmişəm: Azərbaycanlı missiyasının!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 May 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri