Icma.az
close
up
RU
Taleh Şahsuvarlı Aqşin Yeniseyin Yeni Azərbaycan TV dəki fikirlərinə münasibət bildirib

Taleh Şahsuvarlı Aqşin Yeniseyin Yeni Azərbaycan TV dəki fikirlərinə münasibət bildirib

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Aqşin Yenisey Azərbaycanın ən istedadlı qələm sahiblərindən biridir. Gözəl şeirləri, romanları, dil texnikası var. Ancaq Aqşinin intellektual imkanları "Azərbaycan Konstitusiyasında dövlət dilimizin adı niyə Azərbaycan dili kimi təsbit olunub" sualına cavab verməyə yetərli deyil. Onun müsahibəsinin bir bölümünə Yotube üzərindən yayımlanan Yeni Azərbaycan TV-də baxdım. Təxminən üç dəqiqədə 3 ciddi səhv etdi”. 

Bunu sosial şəbəkə hesabında AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı yazıb. O Aqşin Yeniseyin Yeni Azərbaycan TV-də səsləndirdiyi fikirləri şərh edib:

“Birincisi. Dedi ki, AXC dövründə dövlət dilinin adı parlamentin qərarı ilə "Türk dili" kimi rəsmiləşib. Bu yanlış məlumatdır. 27 iyun 1918-ci ildə (o zaman Milli Şura da buraxılmışdı) Nazirlər Kabineti "Dövləti lisan türkçə qəbul edilərək müvəqqətən hökumət müəssisələrində rus lisanı istəmalına müsaidə edilməsi haqqında" qərar verib. Bu qərar Türk dilini dövlət dili elan etməklə yanaşı, rus dilinə paralel dövlət dili statusu verirdi. Həmin dövrdə Azərbaycan türkcəsinin elə bir samballı qrammatikası və akademik bazası yox idi. İlkin araşdırmalar vardı, amma istinad olunacaq elə bir elmi baza yox idi. 

İkincisi. Dedi ki, "olay" sözü kimi bu gün Türkcədə işlənən və bizim də istifadə etdiyimiz (mən bu cür sözlərin istifadəsinə tərəfdaram) sözlər guya 20-ci əsrin əvvəllərində- 1918-20-ci illərdə Azərbaycan mətbuatında geniş istifadə olunub. Bu da yalandır. 20-ci əsrin əvvəllərindəki Azərbaycan mətbuatı "olay" sözü işlədə bilməzdi, çünki həm o zaman ədəbi dil Osmanlıcanın təsiri altında idi, həm də ərəb-fars basqısının tarixi izləri geniş şəkildə davam edirdi.  Ən əsası, "olay" sözü "Yeni Türkcə"yə aiddir, yəni Türk Dil Qurumunun yaratdığı sözdür, ilk dəfə 1937-ci ildə lüğətə daxil olub. 

Üçüncüsü. Dedi ki, Səcuqlu, Ağqoyunlu, Qaraqoyunlu, Əfşar və Qacarlar türk... (bəli, elədir!), amma birdən  biz ortaya çıxırıq və deyirik ki, azərbaycanlıyıq. Görünür, Aqşinə bir yaxşı etnoqrafiya müəllimi lazımdır ki, "etnogenez" və "millət" anlayışlarını başa salsın. Adları çəkilən dövlətlərin heç biri bizim milli dövlətlərimiz deyil, etnogenimizdə rol oynayan tayfaların qurduğu feodal xanədanlardır. Milli dövlətlər kapitalizmlə birlikdə, millətləşmə prosesinin nəticəsi olaraq meydana çıxıblar. Bizim tarixdə yeganə milli dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətidir, bu günkü Respublikamız da eyni dövlət təsisatıdır. Azərbaycanda 28 may 1918-ci ildə Cümhuriyyətin elanı ilə başlayan dövlət millətləşməsi, 7 dekabr 1918-ci ildə AXC parlamentinin yaranması ilə başlayan xalqlaşma prosesi 1995-ci il noyabrın 12-də ümümxalq referndumu ilə qəbul olunan Konstitusiya ilə dialektik zirvəsinə çatıb. Konstitusiyada Türk dilləri arasında müstəqilliyinə və Azərbaycan SSR dövründə formalaşmış akademik-qrammatik bazasına söykənməklə Azərbaycan dilinin hüquqi statusu təsbit olunub. Bu hüquqi statusu müəyyənləşdirən səbəblərdən biri də budur ki, azərbaycanlı kimliyi həm xalqın (vətəndaşların cəminin) ümumi mənsubiyyətini, həm də türk mənşəli Azərbaycan etnosunun identifikasiyasını ehtiva edir.  

Uzun sözün qısası, 3 dəqiqədə 3 ciddi səhv buraxmaqla, bu  məsələlərdə ehkam kəsmək olmaz və hər kəs öz bildiyi işlə məşğul olsa, yaxşıdır! Aqşindən yeni əsərlər gözləyirəm!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Fevral 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri