Icma.az
close
up
RU
Taleyini sözə və sənətə bağlayan ziyalı Əkrəm Qaflanoğlu 75

Taleyini sözə və sənətə bağlayan ziyalı Əkrəm Qaflanoğlu 75

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ömrünün 75-ci zirvəsinə ucalan tanınmış yazıçı, publisist, sənətşünas və ictimai xadim Əkrəm Qaflanoğlu Azərbaycan ziyalılığının ən gözəl keyfiyyətlərini şəxsiyyətində birləşdirən insanlardandır. Yaradıcılığı, ictimai fəaliyyəti və zəngin həyat təcrübəsi ilə seçilən Əkrəm Qaflanoğlu təkcə yazıçı və publisist kimi deyil, həm də milli mədəniyyətimizin yorulmaz təbliğatçılarından biri kimi tanınır.

Quba rayonunun ən səfalı guşələrindən biri olan Səbətlər kəndində dünyaya göz açan Əkrəm Qaflanoğlu uşaqlıq illərindən doğma yurdun mənəvi dəyərləri, el-obaya bağlılıq və zəhmətkeşlik ruhu ilə böyümüşdür. O, doğma kəndindən Bakıya üz tutarkən özü ilə yalnız böyük arzularını və ümidlərini deyil, həm də el məhəbbətini, yurd təəssübünü, atası Qaflan kişinin nəsihətlərini və qəlbində əbədi yaşayan ilk sevgisinin xatirəsini gətirmişdi. Sonralar bu mənəvi sərvətlər onun həyat yolunun və yaradıcılığının əsas dayaqlarına çevrildi.

Orta məktəbi bitirib hərbi xidmətini başa vurduqdan sonra 1973-1978-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (indiki Musiqi kolleci) təhsil aldı. Daha sonra, 1983-1988-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ali təhsil alaraq sənət və mədəniyyət sahəsində biliklərini daha da zənginləşdirdi.

Muğam mühitindən uzaqda böyüməsinə baxmayaraq, xalq musiqisinə olan sevgisi onu Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun sinfinə gətirib çıxarmışdı. Böyük ustadın məktəbini uğurla keçən Əkrəm Qaflanoğlu 1973-1980-ci illərdə müxtəlif el şənliklərində xanəndə kimi çıxış etmiş, muğam ifaçılığı sahəsində də öz sözünü deməyi bacarmışdır.

Onun sənət müəlliminin Əlibaba Məmmədov, sinif yoldaşının isə sevilən sənətkar Məmmədbağır Bağırzadə olması təsadüfi deyil. Bu mühit Əkrəm Qaflanoğlunun sənət dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, Azərbaycan musiqisinin görkəmli nümayəndələri - Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev, Ağaxan Abdullayev, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Mirnazim Əsədullayev və digər tanınmış sənətkarlarla ünsiyyətdə olmuş, onların sənət və həyat təcrübəsindən bəhrələnmişdir.

Əkrəm müəllimin həyat yoluna nəzər saldıqda aydın görünür ki, onun ən böyük uğurlarından biri görkəmli ziyalılar, sənətkarlar və ictimai xadimlərlə eyni mühitdə çalışmaq və onlarla dostluq münasibətləri qurmaq olmuşdur. Taleyin ona bəxş etdiyi bu zəngin ünsiyyət çevrəsi həm dünyagörüşünün formalaşmasına, həm də yaradıcılıq yolunun zənginləşməsinə mühüm təsir göstərmişdir.Yazıçı Vaqif Musanın tövsiyəsi ilə Azərbaycan Yazıçılar Birliyində fəaliyyətə başlaması da bu uğurlu taleyin mühüm dönəmlərindən biri olmuşdur.

1979-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, şöbə müdiri, daha sonra isə baş müfəttiş vəzifələrində çalışmışdır. Həmin dövrdə o, Azərbaycan ədəbiyyatının korifeyləri ilə ünsiyyət qurmaq imkanı qazanmışdır. Mirzə İbrahimov, Elçin, İsmayıl Şıxlı, İmran Qasımov, Balaş Azəroğlu, Hüseyn Abbaszadə, Cabir Novruz kimi görkəmli söz ustaları ilə yaxınlıq onun dünyagörüşünün və yaradıcılıq baxışlarının formalaşmasında mühüm rol oynamışdır.

1987-ci ilin sonunda yaradılmış Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətində fəaliyyəti isə onun ictimai xidmətlərinin yeni mərhələsini təşkil etmişdir. Əkrəm müəllim burada müxtəlif məsul vəzifələrdə - referent, baş referent, şöbə müdiri, məsul katib və rəyasət heyəti sədrinin müavini kimi çalışaraq xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi işinə öz töhfəsini vermişdir.

Azərbaycan ədəbiyyatının aparıcı simalarından olan Elçin Əfəndiyevlə birgə çalışmağı, onunla birlikdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza Azərbaycan həqiqətlərini və Vətən sevgisini çatdırmağı Əkrəm Qaflanoğlu həyatının ən yaddaqalan səhifələrindən hesab edir. Bu fəaliyyət ona yalnız peşəkar təcrübə deyil, həm də zəngin mənəvi qazanc gətirmişdir. Sonrakı illərdə də fəaliyyətini uğurla davam etdirən Əkrəm Qaflanoğlu Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazir müavinini köməkçisi vəzifəsində çalışaraq dövlət idarəçiliyi sahəsində də peşəkarlığını nümayiş etdirmişdir.

Əkrəm Qaflanoğlu yalnız təşkilatçı və ictimai xadim deyil, həm də məhsuldar qələm sahibidir. Onun "Həm gülək, həm düşünək", "55+", "Dünyanı belə gördüm" və "Talelər kəsişəndə" kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Bu əsərlərdə müəllif xalq hikmətini, həyat müşahidələrini, yumoru və insan talelərini özünəməxsus ustalıqla təqdim etmişdir. Xüsusilə, yüzlərlə gülməcə və folklor nümunəsinin toplandığı kitablar milli-mədəni yaddaşımızın qorunması baxımından dəyərli mənbələrdir.

Onun publisistik yaradıcılığında Azərbaycan musiqisi, ifaçılıq sənəti və mədəniyyət xadimlərinin həyat yolu xüsusi yer tutur. Qələmə aldığı çoxsaylı məqalələr sənət tariximizin müxtəlif səhifələrini işıqlandırmaqla yanaşı, yeni nəsillərin milli irsə marağının artmasına da xidmət edir.

Yaradıcılıq fəaliyyətinin mühüm uğurlarından biri də "Talelər kəsişəndə" povesti olmuşdur. Bu əsər 2017-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə "Qızıl Kəlmə" Ədəbi Mükafatına layiq görülərək müəllifin bədii yaradıcılığının yüksək qiymətləndirildiyini təsdiqləmişdir.

75 illik yubileyini qeyd edən Əkrəm Qaflanoğlu həyatını sözə, sənətə və Vətənə xidmətə həsr etmiş ziyalılarımızdandır. Bu gün də Əkrəm müəllim yaradıcılıq həvəsini və həyat enerjisini qoruyub saxlayır. Vaxtaşırı Türkiyədə, Özbəkistanda olan övladlarına baş çəkir, həm də onu narahat edən, ürəyinə yatan gözəl mövzularda öz sözünü deyir. Onun keçdiyi ömür yolu Azərbaycan ziyalısının məsuliyyətini, vətəndaş mövqeyini və milli dəyərlərə bağlılığını əks etdirən örnək bir həyat salnaməsidir.

İsrafil QURBANOV,

Əməkdar dövlət qulluqçusu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri