Taliban Quantanamodakı əfqanların azadlığına çalışır: ABŞa məhbus mübadiləsinə hazır olduğumuzu dedik, lakin...
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Əfqanıstanda iqtidarı ələ keçirən Taliban administrasiyası ABŞ-la məhbus mübadiləsinə çalışır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verib.
O, ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı ölkəsindəki Amu TV-yə danışıb: "Biz, əlbəttə, məhbuz mübadiləsinə hazırıq. Bu barədə qarşı tərəfə fikrimizi bildirmişik. Danışıqlar davam ediyr, lakin hələlik müsbət nəticə yoxdur. ABŞ bu istiqamətdə həvəsli deyil. Biz onlara Əfqanıstanda saxlanılan amerikalıların əvəzində Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif edirik".
Xatırladaq ki, 2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin sərbəst buraxılması üçün tərəflər arasında danışıqlar gedir. Lakiun ortada nəticvə yoxdur.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















