Icma.az
close
up
RU
525ci qəzet Mişustinin kürsüsü laxlayır

525ci qəzet Mişustinin kürsüsü laxlayır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaqani CƏFƏRLİ

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə dekabrın 5-də keçirilən Strateji İnkişaf və Milli Layihələr Şurasının iclası dövlət başçısının hökumətin fəaliyyətindən narazı olduğunu üzə çıxarıb. Prezident Putin regionlarda dronların istifadəsi üçün infrastrukturun yaradılması ilə bağlı "Pilotsuz Aviasiya Sistemləri" (PAS) milli layihəsində müəyyən edilmiş hədəfin əhəmiyyətli dərəcədə ixtisar olunmasından narazılığını bildirib. O, belə bir ixtisarın qəbuledilməz olduğunu vurğulayıb və bu məsələnin ətraflı öyrənilməsini tələb edib.

PAS milli layihəsinin icrası ilə bağlı hesabatı təqdim edən Baş nazirin müavini Vitali Savelyev hədəflərin ixtisar olunmasını maliyyələşmənin azalması ilə izah etməyə çalışıb. Baş nazirin müavini layihəni həyata keçirmək üçün büdcədənkənar mənbələr axtardıqlarını bildirib. Dövlət başçısı isə pilotsuz aparatların uçuşlarını dəstəkləmək üçün universal infrastrukturla təchiz edilmiş regionların sayının kəskin azalmasına diqqət çəkib. Prezident Putinin narazılığı isə əbəs deyil. Belə ki, PAS milli layihəsində PUA-ların uşuşlarını dəstəkləmək üçün universal infrastrukturla təchiz edilmiş regionların sayının 2030-cu ilə qədər 89 olacağı nəzərdə tutulmuşdu, ancaq bu rəqəm 9-a endirilib. Hökuməti isə belə addım atmağa vadar edən məqam PAS milli layihəsinə ayrılan büdcə vəsaitinin təxminən iki dəfə azaldılmasıdır. PAS layihəsinə 2030-cu ilə qədər 898 milyard rubl xərcləmək nəzərdə tutulmuşdu. Lakin vəsait çatışmazlığı səbəbindən hökumət bu məbləği 546 milyard rubl qədər azaltmaq qərarı verib. Rublun dəyərdən düşməsini də bura əlavə edəndə hökumətin dəlilləri daha güclü görünür.

Prezident Putin hökuməti tullantıların yandırılması zavodlarının tikintisi layihəsini həyata keçirmədiyinə görə də tənqid edib. Baş nazirin birinci müavini Denis Manturov tullantıların yandırılması zavodlarının tikintisi layihəsi çərçivəsində, iki zavodun inşasının başa çatmaqda olduğunu və gələn ilin əvvəlində işə salınacağını bildirməsi dövlət başçısının qəzəbinə səbəb olub. Putin artıq bu vaxta qədər beş zavodun tikintisinin başa çatmalı olduğu halda yalnız ikisinin inşasının başa çatmaq ərəfəsində olduğunu sərt tənqid edib.

Baş nazirin müavini isə əsas problemin texnologiya ilə bağlı olduğunu, yaponiyalı tərəfdaşların sanksiyalara görə layihəni tərk etməsindən sonra yarandığına diqqət çəkib. Qeyd edək ki, Yaponiya-İsveçrə şirkəti "Hitachi Zosen İnova"nın layihədə iştirakdan imtina etməsi səbəbindən layihəni həyata keçirmək hökumətin gücü daxilində deyildi.

Strateji İnkişaf və Milli Layihələr Şurasının son iclası prezident Putinin hökumətin fəaliyyətindən narazı olduğunu göstərir. Hökumət üzvləri isə müəyyən edilmiş layihələrin həyata keçirilməsini dolayısı yolla da olsa prezidentin siyasətinin nəticəsi olduğunu ifadə ediblər. Hökumət üzvlərinin də qeyd elədiyi kimi, xarici tərəfdaşların layihələri tərk etməsinə və texnologiyanın əldə edilməsinə çətinləşdirən, bəzi hallarda isə mümkünsüz edən qadağalar Putinin xarici siyasətinin nəticəsi olaraq yaranıb. Vəziyyətin bu həddə çatması prezident Putini seçim qarşısında qoyur. Bundan sonra dövlət başçısı ya hökumətin narazılıqlarını ifadə etməsinə dözümlü yanaşmalı, yaxud da daha loyal hökumət haqqında düşünməlidir. Moskvanın siyasi dairələrində baş verən prosesləri yaxından izləmək imkanı olan siyasi təhlilçilər isə Baş nazir Mixail Mişustinin kürsüsünün laxladığı, yaxın aylarda istefaya göndərilə biləcəyini qeyd edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri